David Babayanın yeni sayıqlamalarına cavab!
Azərbaycan-Böyük Britaniya dostluğundan "baş diplomat" bixəbərmiş
Məlum olduğu kimi, 1-4 iyul tarixlərində Londonda sərgilənən və Kral Ailəsinin də iştirak etdiyi "Wintsor Kral Atsılıq Şousu"unda "Xarı Bülbül" kompazisiyası çərçivəsində Qarabağ atları və "Yallı" rəqsi nümayiş etdirilib. Hazırda mövcud olmayan "sArtsax"ın qondarma xarici işlər naziri David Babayan news.am-a açıqlamasında bir sayıqlamada bulunub ki, Azərbaycan İngiltərə Kral Ailəsin "sArtsax" üzərində çaldığı qələbəyə" şərik etmək istəyir. Babayan fikrini Londonda keçirilən "Wintsor Kral Atçılıq Şousu"nda "Xarı Bülbül" kompazisiyasının nümayiş etdirilməsi ilə əsaslandırmağa çalışıb. O, bildirib ki, deməli, Kral Azərbaycanla dost, bizimlə isə düşməndir. Bunun ardınca Babayan Azərbaycanı belə yüngül şoulardan geosiyasi məqsədlər üçün istifadə etməkdə suçlamağa uğursuz cəhd göstərib. Fikrimizcə, Babayanın maariflənməsi üçün bəzi məsələlərə aydınlıq gətirməyə ehtiyac var.
Birincisi, David Babayana xatırlatma etmək istərdik ki, soy adındakı "baba" ifadəsi erməni dilində heç bir məna kəsb etmir, bu təmiz Azərbaycan türkçəsinə aid olan, hamıya bəlli frazadır. Bundan əlavə, Şuşa işğal edilənə qədər hər il Şuşada "Xarı Bülbül" festifalı keçirilib. Festifalda yerli musiqiçilərlə yanaşı, xarici ifaçılar da iştirak edib. Yəni, "Xarı Bülbül" festifalı bütün dünyada tanınır və qiymətləndirilir. Artıq Müzəffər Ordumuz tərəfindən Azərbaycanın qədim mədəniyyət mərkəzi işğaldan azad edilib, bundan sonra da həmin festifal hər il keçriləcək və şöhrətini dünyaya yaymaqda davam edəcək.
İkincisi, Azərbaycan s"Artsax" üzərində deyil, Ermənistan üzərində qələbə çalaraq, Ermənistan ordusunun səksən faizini darmadağın edib. Belə olmasaydı 10 noyabır təslimçilik sənədini Nikol Paşinyan deyil, Arayik Arutiuniyan imzalayardı və bütün danışıqlar da onunla aparılardı, xalq erkən seçkilərə onu məcbur edərdi və s. Bunların hamısı Paşinyanla baş verirsə, deməli Azərbaycan Paşinyanın rəhbəri olduğu Ermənistan üzərində qələbə çalıb. Digər tərəfdən, Azərbaycanın Ermənistana təhvil verdiyi 1600 cəsədin və yüzlərlə əsirin heç bir faizi də "sArtsax" müdafiə qüvvələrinin payına düşmür.
Üçüncüsü, Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq əlaqələri barədə yəqin ki, "Artsax"ın "baş diplomatı" hələ indi - Londonda nümayiş etdirilən "Xarı Bülbül" kompazisyasını dinlədikdən sonra xəbər tutub. Elə bu kütbeyinliyinizin ucbatından sizə verilmiş 30 illik şansdan yararlana bilmədiniz. Babayana xatırlatmaq istərdik ki, Böyük Britaniyanın Azərbaycana marağı həmişə yüksək olub. Son zamanlara isə - 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri" və "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə "Əsrin Müqaviləsi" bağlanıb. Bu müqavilədə ən böyük payçı və layihənin operatoru Böyük Britaniyanın "British Petroleum" (BP) şirkətidir. Məgər bu da sizə heç nə demir, «sArsax»ın sarsaq separatçı «naziri»?
Akif