Ağgöl florası brakonyerlər tərəfindən talanır

Ağgöl florası brakonyerlər tərəfindən talanır
 

Drenaj şəbəkəsinin yaxşılaşdırılması Ağgöldə su qıtlığının aradan qaldırılmasına töhfə verə bilər

 Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilib Ağgöl Dövlət Təbiət Qoruğu yaradılıb. 2003- ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılıb Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl yarımsəhra landşaftlarından ibarətdir.

Ağgölün yerləşdiyi ərazinin yayı quraq keçən yarımsəhra mülayim - isti iqlim tipi hakimdir. Düzənliyin günəş radiasiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm-dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyil. Buradakı iqlim şəraiti ərazidəki quşların məməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaradır. Qoruğun ümumi sahəsinin çoxunu Ağgöl  hakimdir. Sözügedən göl öz sahəsinə görə, Azərbaycanın ən böyük göllərindən hesab edilir. Ağgölün ən dərin hissəsində dərinlik 1,5-2 m, orta dərinliyi isə 0,8 m-dir. Hər il yayın sonuna qədər gölün suyu xeyli azalır gölün orta dərinliyi 20-25 sm-ə düşür.

Gölün yerləşdiyi ərazidə yarımsəhra, şorlaşmış torpaq göl şəraitinə uyğunlaşan bitki örtüyü səciyyəvidir. Ərazidə 30-a qədər bitki növünə rast gəlinir.

Ağgöl Dövlət Təbiət Qoruğunun ərazisində əsasən çimli-bataqlıq, boz-çəmən torpaqlar yayılıb. Göldən uzaqlaşdıqca torpaqların tip yarımtiplərinin, onların fiziki xüsusiyyətlərinin dəyişilməsi aydın nəzərə çarpır. Yovşanlı, şoranotlu, efemerli bitkilər inkişaf edir. Onlar ərazidə müəyyən heyvan quşların məskunlaşmasında müsbət rol oynayır.

Ağgöl qızılqaz, boz, qaşqa, qırmızıdöş qazlar s. ilə yanaşı enliburun, qırmızıdimdik, qızılbaş sultan toyuğu, turac, bəzgək, çobanaldadan quşlarla zəngin bir faunaya malikdir. Göl ətrafında məməli heyvanlardan canavar, qunduz, tülkü, porsuq, dovşan s. təsadüf etmək olur. Bununla yanaşı Ağgöldə naxa, sıf, sazan digər balıq növləri geniş yayılıb.

Ağcabədi Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq "ornitoloji oazis" hesab edir. Ağgöl ərazisi bir sıra nadir nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının həm qışlama, həm yaylama arealıdır. Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd Ağgöl onun ətraf ərazilərində məskunlaşan yerli köçəri su-bataqlıq quşlarının, xüsusilə, məməli heyvanların onların yaşayış yerlərinin (biotoplarını) davamlı inkişafını təmin etməkdən ibarətdir. Ümumilikdə 500 mindən çox quşun qışladığı bu ərazidə 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınıb.

Ağgöl Dövlət Təbiət Qoruğunun təqdimatından da göründüyü kimi, göl çox zəngin heyvanat aləminə, əsasən,  quş balıq növlərinə malikdir. Ona görə təbiət qoruğunun əsas problemi brakonyerlər tərəfindən talanmasıdır. Biz mətbuatda ildə bir neçə dəfə Ağgöldə brakonyerlərin yaxalandığı barədə informasiyalara rast gəlirik. lakin müşahidələr onu deməyə əsas verir ki, sözügedən ərazidə hər gün qeyri-qanuni ovla məşğul olan kimlərisə görmək mümkündür. Dəfələrlə təsadüfən yolumuz Ağgöl tərəfdən düşüb, hər dəfə bu ərazidə elektrik gücləndirici ilə balıq tutanlara, quş ovu ilə məşğul olan adamlara rast gəlmişik. Onlarla söhbətimizdən bəlli oldu ki, bunlardan heç biri qanuni ovla məşğul deyil, hətta ovçu kimi qeydiyyatdan belə, keçməyiblər. Göldə elektrik gücləndirici ilə balıq ovu etmək xüsusilə ciddi zərər verir. Çünki elektrik gücləndiricisi təsir dairəsində olan bütün balıqları öldürür, brakonyerlər isə yalnız iri balıqları götürür, xırda balıqlar isə heç kimə gərək olmadan məhv edilir. Yəni bu qurğudan istənilən su hövzəsində balıq tutmaq üçün istifadə etmək balıqların nəslini kəsmək deməkdir. Ona görə bu qurğudan istifadə ölkə ərazisində qadağan edilməli, belə qurğudan istifadəyə, saxlanmaya quraşdırmaya görə cəzalar sərtləşdirilməlidir.

Eyni zamanda, Ağgöl Dövlət Təbiət Qoruğu digər yasaqlıqlarda, qoruqlarda Milli Parklarda nəzarət mexanizmi gücləndirilməlidir. Hazırda sözügedən ərazilərdə nəzarəti həyata keçirən dövlət məmurlarının əmək haqqı kifayət qədər azdır. Məsələn, milyardlarla manat dəyəri olan sərvəti qorumaq vəzifəsini icra edən nazirlik nəzarətçisinə 500-1000 manat arası əmək haqqının verilməsi, bu nəzarətin dərəcədə səmərəli qurulmasından xəbər verir. Həmin nəzarətçilər brakonyerlərə göz yummaqla gündə maaşlarından bir neçə dəfə artıq qazanc əldə edə bilərlərsə, nədən onlar maaşla qənaətlənərək, düzgün işləməlidirlər?  Qoruq nəzarətçilərinin göz yumduğu brakonyerlər onlara gündə bir neçə min manat rüşvət verirsə, görün özləri dövlət sərvətini hansı həcmdə talayırlar? Çünki brakonyer həm verdiyi rüşvəti çıxarmalı, üstəlik, ən azı, verdiyi rüşvətdən bir neçə dəfə artıq da, özü qazanmalıdır.

Fikrimizcə, ölkədə bu cür sərvətlərin talanmasının qarşısını almaq üçün ilk növbədə səmərəli nəzarət mexanizmi qurulmalıdır. Buraya peyk müşahidələrindən tutmuş əraziyə kameralar vasitəsi ilə nəzarət edilməsinə qədər bütün vasitələrdən istifadə edilməlidir. Digər tərəfdən isə nəzarətçilərə onların həyat yaşayışını təmin edəcək qədər əmək haqqı ödənilməlidir ki, o, maaşı ilə kifayətlənə bilsin bu məvacibi itirməkdən qorxsun. Düzdür, bütün bunlar xeyli xərc tələb edir, amma həmin sərvətlərin qorunaraq, dövlət səviyyəsində, floranın ritmik inkişafına xələl gətirmədən istifadə edilməsi nəzarətçilərin saxlanmasına çəkilən xərclərdən on dəfələrlə çox vəsait gətirə bilər. Hazırda qoruqlardan əldə edilən gəlirlər çox cüzi həcmə malikdir. Bəzən düşünürsən ki, sanki dövlət bu Qoruq, Yasaqlıq Milli Parkları brakonyerlərə qazanc mənbəyi, məmurlara isə istirahət məkanı kimi  yaradıb. Əslində isə tamamilə başqa tərzdə qurulmalıdır. Məsələn, Ağgöl Dövlət Təbiət Qoruğu səmərəli şəkildə brakonyerlərdən qorunsa, burada bir neçə il ərzində heyvanat aləmi o qədər çoxalar ki, göldən ildə min tonlarla balıq, on minlərlə quş ovlamaq olar. Bütün bu işlər ya dövlət səviyyəsində həyata keçrilə, yada hər hansı bir ovçuluq şirkəti ilə məqavilə əsasında reallaşdırıla bilər. Hazırda isə sözügedən sərvətlərdən yalnız bir qrup insan - brakonyerlər, nəzarətçilər yüksək ranqlı məmurlar yararlana bilirlər.

Bununla yanaşı, Ağgöl Dövlət Təbiət Qoruğunda su qıtlığının aradan qaldırılmasında əsas rol oynayan vasitə Ağcəbədi Beyləqan inzibati rayonların qurunt sularının drenaj şəbəkəsidir. Çünki bu rayonların ərazisindəki qrunt sularının axıdılması üçün qurulan drenaj şəbəkələrinin bütün suları Ağgölə axıdılır. Bu səbəbdən drenaj şəbəkəsinin genişləndirilməsi təmizlənməsi Ağgöldə su qıtlığının nisbətən aradan qaldırılmasına yardımçı ola bilər. Digər tərəfdən isə bu proses Aran iqtisadi rayonunun mərkəzi hissəsində torpaqların münbitləşməsinə öz töhfəsini verə bilər.

 

Akif Nəsirli


Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.016290187835693