Oksigen çatışmazlığı minlərlə adamı öldürür - “The Guardian”

Oksigen çatışmazlığı minlərlə adamı öldürür - “The Guardian”
 

Böyük BritaniyanınThe GuardianqəzetindəOksigen çatışmazlığı minlərlə adamı öldürür. Biz niyə lazımi tədbirləri görmürük?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Kembric Universitetinin müəllimi, intensiv terapiya üzrə mütəxəssis Şarlot Sammersdir. Paralel.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edib.

Yaşadığımız pandemiya şəraiti təkcə vaksin dərmanlara deyil, xilasedici vasitə olan oksigenə əlçatanlığın qeyri-bərabər olduğunu göstərdi.

Ağır xəstələrə baxmaq qaydaları sadədir: xəstənin ağciyərləri hava alıb-buraxmalı, qanı dövr etməlidir. Pandemiya dünyada səhiyyə sistemlərinin bu sadə qaydaları təmin etməkdə qədər aciz olduğunu üzə çıxardı.

Son aylarda peyvəndlərə, dərman terapiyasına ağciyərlərin süni ventilyasiyası cihazlarına çox diqqət yetirilir, amma insanın ən əsas tələbatındanoksigendən az danışılır.

Oksigen bizi dörd bir yandan əhatə etsə , bir çox səhiyyə müəssisəsində ciddi oksigen çatışmazlığı var. Buna səbəb xəstələrə oksigen ötürən böyük vakuum izolyasiyalı buxarlandırıcılar (bir növ nəhəng, çox soyuq vakuum balonları) kimi gərəkli infrastrukturun bahalı olmasıdır.

Mütəmadi qulluğa ehtiyacı olan belə cihazlara vaxtlı-vaxtında maye oksigen doldurulmalıdır. Bu cür cihazların olmadığı xəstəxanalarda havadan alınan oksigenlə işləyən konsentratlardan istifadə edilir. Konsentrantların işə düşməsi üçün elektrik təzyiqli hava tələb olunur ki, bunlar da qıtdır. Bəzən qısamüddətli oksigen terapiyasını təmin edən balonlardan istifadə olunur, ancaq onlar da vaxtlı-vaxtında doldurulmalıdır, bu isə etibarlı boru xətlərinin olmasına bağlıdır.

Mən tənəffüs yolları reanimasiya müalicəsi üzrə ixtisaslaşmış həkiməm. Şükürlər olsun, indiyədək elə bir vəziyyətlə qarşılaşmamışam ki, xəstənin oksigen terapiyasına ehtiyacı olduğu halda lazımi cihazı tapmayım. Ancaq bir çox ölkədə tibb işçiləri cihaz çatışmazlığı ilə tez-tez üzləşirlər.

Pandemiya müddətində demək olar dünyanın hər yerində oksigen təchiz edən sistemlərlə bağlı çətinliklər yarandı. İngiltərədə çoxdan fəaliyyət göstərən xəstəxanalar oksigenə möhtac olan böyük xəstə axınlarının öhdəsindən gəlmək üçün illərlə mübarizə aparıblar. Bəzi aşağı orta gəlirli ölkələrdə isə oksigen təchizatı infrastrukturu heç mövcud olmayıb.

İnsan ağciyərləri alveol adlanan xırda hava kisələrindən ibarət böyük qaz mübadiləsi səthidir. Alveolların qırışları açılıb hamarlananda ölçüsü böyüyür. Ağciyərlərin məqsədi bədəndəki hüceyrələrin işini təmin etmək üçün havadakı oksigeni qana ötürmək qandakı karbon dioksidi havaya buraxmaqdır. Pnevmoniyaya səbəb olan COVİD-19, qrip digər bu kimi infeksion xəstəliklər nəticəsində ağciyərlər oksigeni qana ötürməyə çətinlik çəkir bu hal kəskin hipoksemik tənəffüs çatışmazlığı adlanır.

Kəskin hipoksemik tənəffüs çatışmazlığı olan xəstələrə dərhal oksigen verilməlidir. Dünya Səhiyyə Təşkilatı 2017-ci ildə oksigeni tənəffüs çatışmazlığının müalicəsində əsas dərmanlar siyahısına daxil etsə , hələ insanlar oksigen çatışmazlığından ölürlər. Müalicəsi mümkün olan pnevmoniyadan 2017-ci ildə dünyada 2,5 milyondan çox insan vəfat edib (onların üçdə biri 5 yaşınadək uşaqlardır).

Mən pandemiyadan əvvəl Afrika ölkələrində kəskin hipoksemik tənəffüs çatışmazlığını araşdırmaq üçün Uqandada çalışmışam. Uqandadakı təcili yardım şöbələrinə gələn xəstələrin 4,5 faizi tənəffüs çatışmazlığından əziyyət çəkirdi. Orta yaş həddi 38 yaş olan belə xəstələrin 77 faizi məhz xəstəxanada dünyasını dəyişirdi.

Araşdırmalar göstərir ki, oksigen terapiyası pnevmoniyadan ölüm riskini 35 faiz azaldır. Oksigen təchizatının yaxşılaşdırılması hər il 120 mindən çox uşağın həyatının xilas edilməsi deməkdir.

Oksigenə ehtiyacı olan xəstələrə dəqiqədə 15 litrə qədər oksigen istifadə edən sadə üz maskaları, dəqiqədə 60 litrə qədər oksigen ötürən yüksək axınlı sistemlər ya 70 litrdən artıq oksigen istifadə edə bilən yüksək təzyiqli sistemlər vasitəsilə oksigen verilə bilər. Əsas odur oksigen cihazı etibarlı, sayca çox olsun fasiləsiz işləyə bilsin.

Bahalı dərman müalicələri ya ağciyərlərin mexaniki ventilyasiyası kimi kompleks müalicələr xəstənin həyatda qalması üçün marjinal irəliləyişlər təmin edə bilər.

Hökumətlər səhiyyə siyasəti neçə ildir dünya xəstəxanalarında oksigen çatışmazlığının öhdəsindən gələ bilmir. Amma həm pandemiya şəraitində, həm gələcəkdə xəstələri oksigenlə lazımi səviyyədə təchiz etmək mümkündür; əgər elm adamları kosmik stansiyada aylarla yaşayan astronavtları oksigenlə təmin edə bilirlərsə, deməli, Yer üzündə oksigenə ehtiyacı olanları təmin etmək mümkündür.

Pandemiya dövründə dərman peyvənd kimi əsas müalicə vasitələrinin tətbiqində bərabərsizlik diqqəti çəkdi. Oksigen bu siyahıya daxil edilməlidir. Dünyada oksigen təchizatının yaxşılaşdırılması üçün lazımi infrastruktura mütəxəssislərin hazırlanmasına investisiya qoyulmalıdır.

Dünya üzrə maye oksigen həcminin yalnız 1 faizi tibbi oksigen üçün ayrılır; qalan hissəsi əsasən mədən polad istehsalı kimi sənaye sahələrində istifadə olunur. Xəstələrin tibbi oksigenlə təmin edilməsi hər il minlərlə insanı ölümdən qurtara bilər.

0.049486875534058