Yay mövsümündə meyvələrlə qidalanmaq çox faydalıdır

Yay mövsümündə meyvələrlə qidalanmaq çox faydalıdır
 

 Qızmar yay günlərində orqanizmdə vitaminlərə olan tələbat daha da artmağa başlayır. Ona görə də qida rasionunda tərkibi bol vitaminlər və minerallarla zəngin olan meyvələrə üstünlük verilməsi tövsiyə olunur.

Meyvələr təkcə immun sistemini gücləndirmir, həm də, fiziki və zehni yorğunluğu aradan qaldırır, dərini daha da gözəlləşdirir. Mütəxəssislərin dediyinə görə, gün ərzində 400 qramdan çox meyvə yemək məsləhətdir, çünki bu zaman qan dövranı yaxşılaşır və maddələr mübadiləsi sürətlənir. Tərkibindəki bəzi maddələr xolesterol və şəkəri tənzimləyir.

Bunu Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva Paralel.az-a deyib: “Tərkibində A vitamini olduğuna görə göz zəifliyi olanların çiyələk qəbul etməsi məsləhətdir. Qan azlığı olanlar isə ilk növbədə qara tut və mövsümi alma yeməlidir. Xüsusilə diabet xəstələri turş və şirin meyvələri birlikdə qəbul etməməlidir, çünki onların kombinasiyası bir-birinə uyğun deyil”.

Kalorisi az olduğuna görə meyvələr artıq çəkidən əziyyət çəkənlər üçün də faydalıdır. Hətta bəzi meyvələrdən ağrıkəsici kimi də istifadə edilir. Lakin diabet xəstələri meyvə qəbul edərkən diqqətli olmalıdırlar.

Gün ərzində nə qədər çox meyvə qəbul edilirsə, beyindəki sinir hüceyrələri də bir o qədər inkişaf edir.

0.035213947296143