Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
 

 

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar saat 00:12-də Qobustan stansiyasından 25 km qərbdə, Şamaxı rayonunda, 3 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

0.66597008705139