Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”
 

 

Ermənistanın eks-prezidenti Robert Koçaryanın seçki qərargahı prosesin ilkin nəticələrini şərh edib.

“RİA Novosti” xəbər verir ki, qərargahın nümayəndəsi yekun nəticələr açıqlanmamış nəsə deməyin hələ tez olduğunu bildirib.

O əlavə edib ki, “Ermənistan” bloku şəhər vilayətlərindəki, xüsusən də İrəvandakı seçicilərə ümid edir.

Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hazırda İrəvanda 68,22% səslə məhz Koçaryanın lideri olduğu siyasi blok öndə gedir. Nikol Paşinyanın partiyası isə paytaxtda cəmi 19,38% səs toplayıb.

Qeyd edək ki, saat 23:50 olan məlumata əsasən, hələlik bülletenlərin yalnız 2.5%-i sayılıb. İlkin nəticələrə görə, Paşinyanın  “Vətəndaş sazişi” 61.47%, Koçaryanın “Ermənistan” bloku isə 17.58% səs qazanıb.

0.54571199417114