ABŞ-da avtomobil qəzasında 9 uşaq ölüb

ABŞ-da avtomobil qəzasında 9 uşaq ölüb
 

 

ABŞ-da dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

“Haber Global”ın məlumatına görə, qəza Alabama ştatında qeydə alınıb.

Məlumata əsasən, iki avtomobilin toqquşması nəticəsində 9-u uşaq olmaqla 10 nəfər həlak olub. Qəza nəticəsində yaralananların da olduğu bildirlib.

Hadisənin kəskin hava şəraiti səbəbindən baş verdiyi qeyd olunub. Belə ki, hazırda ştat ərazisində “Klaudet” tropik qasırğası cövlan edir.

0.58276796340942