Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı - YENİLƏNİB

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı - YENİLƏNİB
 

 

Ermənistanda nadir istisnalar olmaqla, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Bu barədə yerli KİV məlumat yayıb.

Artıq seçicilərin seçki məntəqələrinə girişi qadağan olunub. Tezliklə səslərin sayılması prosesinin başlanacağı gözlənilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 21 partiya və 4 siyasi blok iştirak edib.

09:16

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Hazırda bütün ölkə ərazisində seçki məntəqələrinin fəaliyyətinə start verilib.

12 saat ərzində seçicilər 21 siyasi partiya və 4 blok arasında seçim edəcək. Siyasi partiyalar üçün 5, bloklar üçün 7 faizlik baryer müəyyən edilib.

Səsvermədə iştirak edən hər bir seçiciyə 25 seçki bülleteni veriləcək. Kabinəyə daxil olan seçici onlardan yalnız birini seçəcək və hər hansı bir qeyd etmədən həmin bülleteni zərfə daxil edəcək. Seçkilər yerli vaxtla 20:00-da başa çatacaq.

Qeyd edək ki, seçkidə əsas rəqiblər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryandır.

0.50579690933228