Şəmkirdə yol polisi sərxoş sürücüləri cəzalandırdı

Şəmkirdə yol polisi sərxoş sürücüləri cəzalandırdı
 

 

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı dörd sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib ki, dərhal onlar idarə etmədən kənarlaşdırılb və barələrində qanuna müvafiq tədbir görülüb.

0.57792091369629