Masallıda 66 yaşlı kişi intihara cəhd etdi

Masallıda 66 yaşlı kişi intihara cəhd etdi
 

 

Masallıda intihara cəhd olub.

“Report” xəbər verir ki, hadisə Kürdəbaz kəndində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Kamal Bulud oğlu Xəlilov yaşadığı evdə özünü asıb. Lakin bu zaman kəndir qırıldığından ailə üzvləri bundan xəbərdar olub. K.Xəlilov yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.54489088058472