Ceyhun Bayramov: “Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”

Ceyhun Bayramov: “Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”
 

 

“Türkiyə Qarabağın yenidən qurulmasında mühüm rol oynayır”.

Bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.

“Bəzi çətinliklərlə qarşılaşırıq. Region 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla zəhərlənib. Ötən həftə Ermənistan Ağdam rayonunun mina xəritəsini Azərbaycana Verdi. Özlərinin məlumatına görə, təkcə Ağdam 97 000 mina basdırılıb. Türkiyə bu mövzuda da ilk gündən etibarən Azərbaycana dəstək verir. Türkiyədən heyət Azərbaycanda mina təmizlənməsi sahəsində xidmət aparır. Türkiyə həmçinin Azərbaycanın mina axtaran qruplarına təlim keçir”, - deyə C.Bayramov bildirib.

Minaların təmizlənməsi ilə eyni zamanda infrastruktur işlərinə də başlanıldığını qeyd edən nazir, yol, elektrik xətti və hava limanı inşası işlərinə Türkiyə şirkətlərinin cəlb olunduğunu qeyd edib.

Azərbaycanın XİN rəhbəri işğaldan azad edilən ərazilərin böyük potensiala sahib olduğunu vurğulayıb və orada bundan sonra çox işlərin görüləcəyini, bu layihələrdə başda Türkiyə olmaqla dost və qardaş ölkələrin şirkətlərinə üstünlük veriləcəyini ifadə edib.

0.58033394813538