Azərbaycanda birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI

Azərbaycanda birinci sinfə gedəcək uşaqların sayı AÇIQLANDI
 

 

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 9-cu siniflərini 131 227 nəfər, 11-ci siniflərini 84 069 nəfər şagird bitirəcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 9-cu sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, 11-ci sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın birinci sinifdə təhsil alacağı proqnozlaşdırılır. 

0.41077899932861