Xalq artistini itirdik - VİDEO

Xalq artistini itirdik - VİDEO
 
Xalq artisti, professor, Şöhrət ordenli incəsənət xadimi Ramiz Əzizbəylini itirdik. 

Ramiz Əzizbəylinin adı bir neçə obrazla asossasiya olunurdu. 

Bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı...

Mahnıları özünəməxsus, qulağayatımlı, yanğılı avazla ifa edən duyğusal sənətkar...

Ürəyinin pıçıltılarını məharətlə kağıza köçürən yazar neçə-neçə rejissorlara, aktyorlara sənətin incəliklərini öyrədən müəllim...

Səsi ilə minlərlə izləyicini radioya kilitləməyi bacaran aparıcı, həmçinin ictimai fəal...

1948-ci il iyulun 20-sində Bakıda anadan olan Ramiz Əzizbəyli İncəsənət institutunun Mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 

1987-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının debüt studiyasında çəkdiyi “Pirverdinin xoruzu” adlı qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. 

Onun 1992-ci ildə çəkdiyi “Bəxt üzüyü” tammetrajlı bədii filmi isə müasir kino tariximizdə yüksək bədii keyfiyyətli və yaxşı gəlir gətirən iş kimi yadda qalıb. 

2006-cı ildə çəkdiyi “Yalan” bədii filmi isə Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran əsərlərindən biri hesab olunur. 

Ramiz Əzizbəyli aktyor kimi “Dərviş Parisi partladır”, “Şeytan göz qabağında”, “Gümüş göl əfsanəsi”, “Kişiləri qoruyun”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması” filmlərində rol alıb. 

“Hacı Zeynalabdin Tağıyev”, “Qızıl Buta” mükafatı laureatı olan Xalq artisti həmçinin müəllimlik edib.

Mədəniyyət və İncəsənət Universitetinin Estrada və Musiqili teatr aktyorluğu kafedrasının müdiri olub.

Daha ətraflı Baku TV-nin süjetində:

 
0.019402027130127