Ekoloji tarazlığı pozan əsas tendensiyalar

Ekoloji tarazlığı pozan əsas tendensiyalar
 

İki yüz il əvvəl bütün nəqletmə yükdaşımalar heyvan gücündən istifadə etməklə həyata keçirilirdi. Bu gün nəqliyyat vasitələrinin gücünün "atgücü" vahidi ilə ölçülməsi bu baxımdan təsadüfi deyil. İki əsr əvvəl ən çox gündəmdə olan heyvanı at öküz idi. Ona görə nəqliyyat vasitələrinin güc vahidi məhz bu heyvanın adı ilə bağlıdır. Düzdür, dünyanın müxtəlif regionlarında müxtəlif heyvanlardan nəqliyyat üçün istifadə edilib. Məsələn, öküz, camış, uzunqulaq, qatır, fil s. Bunlar da qoşqu heyvanları hesab olunurdular. Amma at ən universal heyvanı sayılırdı. Daş kömür digər faydalı qazıntı mədənlərindən hasil edilən filizi yalnız at vasitəsi ilə daşımaq mümkün olurdu. Nəqliyyatda digər işlərdə heyvanlarının gücündən istifadə etmək bir qədər primitiv olsa da, bu ətraf mühitin təmiz saxlanılması, çirklənməyə məruz qalmaması üçün ən unikal vasitə idi. Lakin elmin texnikanın inkişafı nəticəsində əvvəl stasionar buxar mühərrikləri, sonra isə stasionar mobil daxiliyanma mühərrikləri kəşf edildi. Elm texnikanın uğurlarının iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi əmək məhsuldarlığının artmasına, sahibkarların daha geniş çeşiddə sayda məhsul istehsal etməsinə səbəb olduğundan, həm bu gün, həm dünən sözügedən inkişaf bəşəriyyətin uğurları hesab edilib. Bu uğurları qazanmağa həm tələbat vardı. Karl Marks onları tarixi tələbatın yaratdığı xarüqələr adlandırırdı. Çünki dünya əhalisinin artan tələbatını ödəmək üçün insanlar bu cür vasitələrə əl atmaq məcburiyyətində idi. Lakin məsələyə ətraf mühit qayğıları prizmasından yanaşanda bəlli olur ki, bəşəriyyətin "uğur" adlandıraraq, sevinc gözyaşları ilə qarşıladığı kəşflər dünyanı onun üçün cəhənnəmə çevirən ən optimal vasitə idi. Dünənə qədər nəqliyyat vasitəsi olaraq heyvanlardan istifadə edilərkən, heyvanların atmosferə atdığı karbon qazı çanlı orqanizmin üzvi maddələri metobalizə etməsi ilə yaranan qaz oluğunudan onun tərkibi yüngül, konsentrasiya səviyyəsi isə olduqca aşağı idi. Ona görə heyvanlarının fəaliyyəti zamanı atmosferə atılan karbon qazı heç bir çirklənməyə səbəb olmur, həmin qaz yaşıllıqlar üçün xammal rolunu oynayırdı. Belə ki, yaşıl bitkilərdə torpaqdan köklər vasitəsi ilə sorulan qeyri-üzvi maddələrdən fotosintez prosesi nəticəsində üzvi maddələr alınır. Həmin üzvi maddələr isə bitkiləri qidalandırır. Yaşıl yarpaqlarda fotosintez prosesinin baş tutması üçün torpaqdan köklər vasitəsi ilə sorulan qeyri-üzvi maddələr, atmosferə canlı təbiət (heyvanlar, insanlar bitkilər) tərəfindən atılan (orqanik mənşəli) karbon qazı günəş şüası vacib amillərdir. Başqa sözlə desək, heyvanların təbiətə həyatı böyu atdığı karbon qazı digər ekosistem elementlərinin - bitkilərin həyatını təmin edən üç komponetdən biridir. Ona görə vaxta qədər ki, iqtisadiyyat çarxlar heyvanların gücü hesabına dönürdüsə, həmin vaxta qədər dünyada heç bir ətraf mühit problemi, insanların isə ekoloji problem qayğısı yox idi. Hətta heyvanların ifraz etdiyi peyin belə, digər ekosistem nümayəndələrinə, bitkilərə faydalı təsirlər bağışlayırdı. Ona görə ki, bütün tullantılar orqanik metobolizm məhsulu idi, torpağa düşən oksidləşərək torpağı zənginləşdirir, havaya atılan isə bitkilər üçün qida kimi istifadə edilirdi. Karbohidrogen yanacaqlar - petroldan istifadəyə başlanması ilə təbiət qeyri-orqanik karbon qazının (ağır yüksək konsentrasiyaya malik) atılmasına start verildi ki, bu da dünyada ətraf mühit problemlərinin yaranmasının - ekoloji tarazlığın pozulmasının başlanğıcını qoydu. İlk illərdə hələ bu cür mühərriklər primitiv olduğundan onların təsirləri o qədər hiss edilmirdi. Təsəvvür edin ki, 1907-ci ildə dünyada cəmi 250 000 avtomobil var idi, yeddi il sonra isə onların sayı yarım milyona çatdı. Bununla yanaşı sahibkarlar zavod fabriklərdə enerjidaşıyıcılarından istifadəyə keçəməyə başladı. Karbohidrogen ehtiyatlarından qızdırıcı, işıqlandırma güc mənbəyi kimi istifadə edilməsi geniş vüsət aldı. Hər kubmetr qazın, hər litr neftin mexaniki, istilik elektrik enerjisinə çevrilməsi, ətraf mühitə ağır tərkibli karbon qazının digər ağır qazların tullanması ilə nəticələndi. Bu templə cəmi 50 il ərzində yüz milyardlarla kubmetr qaz, milyardlarla barel neft yandırılması nəticəsində ətraf mühit ekosistemləri arasında formalaşan ilahi nizam pozuldu - bəşəriyyəti ciddi ekoloji problemlər təhdid etməyə başladı. Son yüz ildə ətraf mühitə atılan tullantılar Yer kürəsinin ən etibarlı müdafiəçisi olan ozon təbəqəsini naziltməyə başladı sonda "qara dəlik" yarandı. Bu gün ekoloji tarazlığın pozulmasının fəsadları yalnız atmosferdə deyil, dünyanı əhatə edən bütün ekosistemlərdə təzahür edir. Su hövzələri, torpaq resursları, bitki örtüyü, heyvanat aləmi, şüalanma fonu s. kimi ən müxtəlif ekosistemlərdə rəngarəng problemlər müşahidə edilməkdədir. Ekoloji tarazlığın bu cür kütləvi pozulması isə Yer üzündə canlı cansız təbiətin - o cümlədən insan orqanizminin ciddi sarsıntılarına, kütləvi xəstələnmələrə kütləvi qırğınlara gətirib çıxarır. Buna dünyanın istənilən guşəsində artıq misal var.

 Bakıda, Xəzər dənizinin sahillərindəyik - bir əsir əvvəl bizim bulvar kimi tanıdığımız sahillərdə Bakı kəndlərinin sakinləri hər cür balıq tutardı. Yəqin sonuncu dəfə bulvar adlanan Milli Parkın ərazisində balıqçı gördüyü heç kimin yadına düşmür. Baxmayaraq ki, bulvarda bakılıların 2-3 nəsil əvvəlki nümayəndələri  balıq tutublar. Artıq indi bulvar sahillərində nəinki balıq, heç tısbağa belə tapmaq mümkün deyil. Bəs Xəzərin Bakı camaatını aclıqdan xilas edən, ləpədöyənlərə sıçrayan balıqları hara gedib? Əlbəttə, dəniz suyu çirkləndiyi üçün artıq balıqların yaşamasına münbit şərait yoxdur, ona görə kütləvi artmaq əvəzinə, kütləvi şəkildə qırılırlar.

80-90 il əvvəl Azərbaycanın Mil, Muğan Şirvan düzənliklərində sürü ilə maral yaşayardı, bəzən tərəkəmə camaatı gecənin qaranlığında dayça, buzov əvəzinə səhvən çeyran tutarmışlar. Bununla bağlı kifayət qədər fakta əsaslanan rəvayətlər eşitmişik böyüklərdən. Lakin indi milli qoruqlarda, yasaqlıqlarda milli parklarda seyran-cüyür nəslini süni şəkildə bərpa etməyə çalışırlar, amma hələlik alınmır. Ona görə alınmır ki, həmin heyvanların yaşaması üçün münbit şərait formalaşdıra bilmirik.

Ekoloji tarazlıq təbiətin hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, bu sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin digər bioloji proseslərin nisbi davamlılığını təmin etməlidir.

Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Eyni zamanda, orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olmaqla, həm normal şərait bərpa olunduqda öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlı qabiliyyətinə malikdirlər.

Çox vaxt ekoloji tarazlıq pozulması dedikdə atmosferin qaz tərkibinin hidroloji rejimin kəskin dəyişməsi nəticəsində ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlıq mürəkkəb bir-biri ilə bağlı mexanizmlərin vəhdətindən yaranır. Bunu bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil.

Hazırda dünya alimlərinin bioyanacaq digər alternativ bərpa edilən enerji mənbələrindən istifadənin təkmlləşdirilməsi istiqamətində apardıqları elmi araşdırmaların bir məqsədi bəşəriyyətin əlini tükənməyən enerji mənbələrinə çatdırmaqdırsa, onların digər əsas məqsədləri ekosistemlər arasında tarazlığın pozulmasının qarşısını alan, bu tarazlığı davamlı qoruyan xalq təsərrüfatının qurulmasıdır. Dünya yerli alimlərin bu istiqamətdə çox ciddi araşdırmaları ixtiraları olsa da, hələ mükəmməlləşməyə çox böyük ehtiyac var. qədər ki, alternativ bərpa edilən enerji mənbələrindən alınan enerji ənənəvi enerjidən baha başa gəlir, deməli hələ ali məqsədlərə nail olunmayıb. Alternativ bərpa edilən enerjinin istənilən mənbəsi üzrə alınan enerjinin kilovatı ənənəvi enerjinin kilovatına bərabər ya ondan ucuz qiymətə başa gəldiyi gün bəşəriyyət xilas edilmiş hesab olunacaq. Yalnız bəşəriyyətin bu qələbəsindən sonra ekosistemlər arasındakı tarazlığın bərpa edilməsi prosesi təbii şəkildə başlayacaq. Lakin bu gün bəşər övladı əlini qoynuna qoyub "X" zamanını gözləməməli, həlli mümkün olan ətraf mühit problemlərinin aradan qaldırılmasına ciddi cəhdlər göstərməli, ən azı bu problemlərin ağırlaşmasına imkan verməməlidir. Hər bir Yer kürəsi sakini öz imkanları daxilində ətraf mühitin qayğısına qalmalıdır. Bunun üçün biz vətəndaşlarımızı maarifləndirmə yolu ilə ciddi şəkildə silahlandırmalıyıq. Bu gün bəşəriyyətin xilası naminə hər bir dünya sakini ekoloji cəbhənin əsgərinə çevrilməlidir. Bunun üçün isə dünya əhalisi əsaslı şəkildə maariflənməlidir. Belə maariflənmənin öhdəsindən yalnız vətəndaş cəmiyyəti gələ bilməz. Fikrimizcə, orta ali təhsil müəssisələrində təhsil alan şagird tələbələrin hamısına ekologiya fənni keçilməlidir. Bu kurs çərçivəsində şagird tələbələr ekoloji biliklərə yiyələnməli, ən azı ekoloji qayğının nədən ibarət olduğunu, bunu necə reallaşdırmağı öyrənməlidir.

 Paralelin
Araşdırma Qrupu

  Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.020800113677979