Pandemiyanın fəsadları

Pandemiyanın fəsadları
 

Dağarcıq çuvaldan böyük olub

 Əvvəlcədən qeyd edim ki, başlıqda işlətdiyim iki söz bir qədər arxaikləşdiyindən onlara izah verməyi vacib saydım. Dağarcıq çox vaxt dəridən tikilən kiçik torba - çanta, çuval isə əvvəllər daha çox un saxlamaq üçün istifadə edilən, toxunma palaz materialından hazırlanan, "meşok"dan böyük, xaraldan kiçik, bu qəbildən olan kəndli əşyasıdır. Kənddə biri qonşusuna borc un almaq üçün gedəndə dağarcıqla gedərmiş, qonşu da unu çuvaldan borc istəyən qonşusunun dağarcığına doldurub verərmiş.

 Yəni, normalda çuval dağarcıqdan ondəfələrlə böyük tutuma malikdir. Yuxarıda qeyd etdiyimiz zərb- məsəli , həmişə işlər tərs gələndə misal çəkilərdi - dağarcıq yekələnib, çuvaldan böyük olub. İndi biz bu misalı bütün dünyanı öz ağuşuna alan koronavirus pandemiyasının Azərbaycandakı təzahürlərinə uyğun heçab edirik. Belə ki, pandemiyanın cəmiyyətə birbaşa vurduğu ziyan, hazırda Azərbaycan hökumətinin ona qarşı apardığı mübarizə çərçivəsində vurduğu zərərdən dəfələrlə çoxdur. Azərbaycan hökuməti ötən ilin fevral ayından başlayaraq "karantin" rejimi elan edib, üç dəfə sərtləşdirilmiş "karantin" rejiminə keçib, ötən ilin yayından metropolitenin fəaliyyəti dayandırılıb, ictimai nəqliyyat isə hələ həftə sonu işləmir. Biz hamımız ölkə vətəndaşı olaraq bütün bu rejimləri yaşamışıq, ona görə istənilən normal orta təhsilli adam bu tədbirlərin səmərəsini dəyərləndirə bilər. Lakin bu tədbirləri bir qədər detallı müqayisəli şəkildə təhlil etməyə çalışaq. Bəllidir ki, qadağaların böyük əksəriyyətini Daxili İşlər Nazirliyinin asayiş keşikçiləri - polislər həyata keçirir onlara nəzarət edirdi. Yəqin ki, ötən ilin yayında sərtləşdirilmiş "karantin" rejimi zamanı polisin vətəndaş ovuna çıxmasını heç kim unutmayıb. Yasamalda etiraz əlaməti olaraq binanın həyətində vətəndaş ovuna çıxan polisə kağız parçaları atan vətəndaşların yatağından tuman-paça, quldur kimi götrülüb aparılması da, yəqin hələ uzun müddət yaddaşlarda qalacaq. Çox maraqlıdır ki, polis həmin vaxt qeyri-qanuni əməllə məşğul olmasına rəğmən, bütün əməliyyatı smartfonlarla çəkərək sosial şəbəkələrdə yaydı. Çox güman ki, həmin çəklişlərin sifarişini çox hörmətli nazir, general-polkovnik Vilayət Eyvazov verb ki, gedin yataqdan götürüb, sürüyə-sürüyə gətirin, özü səkib mənə göstərin! Görünür, nazir çəklişin yayılmaması barədə göstəriş verməyi ya unudub, ya da elə qəsdən çəklişləri yaymağı da tapşırb - qoy cəmiyyət qarşısında biabır olsunlar ki, bir belə "qələt" eləməsinlər. Bu hadisəyə bənzər olayların siyahısını uzatmaq olar, çünki həmin dövürdə polisin vətəndaş ovunu həm polis çəkirdi, "molodes sobaka" almaq üçün, həm cəmiyyət fəalları maraq üçün çəkirdi. Belə kadırların birində polis "şikarı" elə küçə söyüşləri ilə söyürdü ki, buna görə orta statistik azərbaycanlı kişinin onu öldürməkdən başqa çıxış yolu qalmırdı. Bütün bu biabırçılıqlardan sonra daha iki dəfə sərtləşdirilmiş "karantin" rejimi tətbiq edildi. Lakin polis həmin dövrdə birinci "karantin"dəki qələtlərini təkrarlamadı. Amma nazir polis əməkdaşlarının bu cür naqis hərəkətlərinə görə tənbeh aldı, Azərbaycan xalqından üzr istədi... Sivil ölkələrdə bu cür hadisəyə görə nazirlər dərhal istefa verir, haqqında tənbeh tədbirləri görülür s. Səhvi varsa, ən yüksək vəzifəli məmur belə, minimum xalqdan, icraçılar isə birbaşa zərərçəkmişdən televiziya vasitəsi ilə üzr istəməliydi. Bunların heç birinin müşahidə edilməməsi onun göstəricisidir ki, cəmiyyət polisin bu cür hərəkətlərindən hələ sığortalanmayıb.

Digər tərəfdən, polisin belə zorakılığını izləyən, sərtləşdirilmiş "karantin" rejimi altında yaşayan bütün qürurlu insanlar stress keçirdi - o söyülən, yataqdan tuman-paça aparılan məndə ola bilərdim düşüncəsi ilə...

Polis həm əhalinin hər yerdə maskada gəzməsinə nəzarət edir, ayağını çızıqdan kənara qoyanın cızıqdan kənara çıxan əzası dərhal polis tərəfindən kəsilir - 100 manat cərimə. Bəs Azərbaycan hökuməti düşünmürmü ki, mənim vətəndaşımın minimum əmək haqqı 250 manat, işləyən əhalinin yarısının orta aylıq əmək haqqı 343 manat təşkil edir, bu insanlar ayda üç dəfə maskasız polislə qarşılaşsa, o, ailəsini ilə dolandıracaq? Əlbəttə həmin vətəndaş oğurluqdan, quldurluqdan tutmuş ən ağır cinayətləri belə reallaşdırmağa hazır olacaq. Ona görə ki, insan istənilən şəraitdə yaşamaq uğrunda mübarizə aparmalıdır. Son zamanlar paytaxt küçələrində maska taxılmasına nəzarət edən polislərin sayı azalsa da, rayonlarda hər gün maska taxmağı unutduğuna görə minlərlə vətəndaşımız cərimələnir. Bu gün rayonda vətəndaş üçün 100 manat böyük puldur, əyalətlərdə insanlar çox kasıb yaşayır. Maskanın tibbi mahiyyətini isə heç kim nəzərə almır. Əslində, bizim gəzdirdiyimiz maskaların məsamələrindən hava keçirsə, biz nəfəs ala biliriksə, hava molikullarından qırx dəfə kiçik olan koronavirusdan bizi maska qədər qoruya bilər? Təsəvvür edin ki, virus bizim gəzdirdiyimiz maskanın məsamələrindən boş qapıdan futbol topu keçən kimi keçir. Ehtimal olunur ki, "qapıya" tərəf uçan minlərlə "topun" (virusun) beş faizi "ştanqa" dəyib qayıda bilər. Bizə tərəf uçan virusların 95 faizi isə maskadan asanlıqla keçib bizi yoluxdura bilir. Elə isə bu ifadəyə görə üzr istəyirəm bu «Xamutu taxmağın» mənası var? Bəli, maska cərimələrindən dövlət büdcəsinə milyonlarla vəsait daxil olur, onun 25 faizi qanuni yolla polisin, qalan 75 faizi isə korrupsiya maşını vasitəsi ilə məmurların cibinə axır. Bu reallığı həkimlər, hökumət cəmiyyətə açmır, əvəzində hökumət maska kölcəsində əhalidən milyonlar qoparır.

Maraqlıdır, maskanın birmənalı koronavirusdan qoruduğu təsdiqlənməyibsə, biz onu üçün hər yerdə, hətta açıq havada məcburi qaydada geyinməliyik? Hələ geyinmədiyimizə görə 100 manat cərimələnməliyik!

Bu ilin mart-aprel aylarında koronavirus pandemiyasının növbəti dalğası oldu kifayət qədər yüksək yoluxma sayı qeydə alında - gündə 4600 nəfər yoluxurdu. Hökumət iddia edir ki, o biri dalğalarda görülən tədbirlər - sərt "karantin" rejimi səmərəsini verdi, yoluxma səngidi. Artıq yuxarıda qeyd etdiyimiz yoluxma dalğası heç bir sərt "karantin" rejimi tətbiq edilmədən səngiməyə başlayıb, indi gündəlik yoluxma 4600-dən 400-500 nəfərə qədər azalıb. Belə olan halda ortaya sual çıxır, sərt "karantin" rejimi tətbiq edilmədən virusa yoluxma özü müəyyən müddətdən sonra səngiyirsə, hökumətin sərt "karantin" rejiminə, vətəndaşları arakəsmə edib ovlamasına ehtiyac var idi?. Deməli, pandemiyaya qarşı Azərbaycan hökumətinin apardığı mübarizənin heç bir səmərəsi yox imiş, boşuna əhali əziyyət çəkdi, iqtisadiyyat çökdürüldü, əhali psixoloji zədələr aldı, bundan da dolayı ölkədə intaharlar baş alıb gedir.

Adam bütün bunlar barədə düşündükcə dəhşətə gəlir ki, hökumət bizi virusdan qorumaq adı altında küncə sıxışdırır, soyur, işimizi bağlayır, hərəkətimizə qadağalar qoyur s. Bunun isə bizə zərərindən başqa faydası yoxdur. Məsələn, metro bağlanıb, avtobuslar isə sərnişin yükünü daşıya bilmir. Nəticədə əhali koronavirusdan qorunmaq üçün bir-birindən 2 metr məsafə saxlamalı olduğu halda,  bir-birinin "belində" mənzil başına yetişə bilir. Nədən maska taxmağa görə 100 manat cərimə edilir, amma 2 metr məsafə saxlamaq üçün vətəndaşa şərait yaradılmır? Hökumət yalnız qadağan etməklə məşğul olmamalıdır, o həm vətəndaşların tələblərinin təminatçısı kimi çıxış etməlidir. Öz üzərinə düşən məsuliyyəti yerinə yetirə bilməyən hökumətin vətəndaşdan məsuliyyət tələb etməyə mənəvi, hüquqi haqqı yoxdur. Metro bağlıdırsa, sərnişinlərin mənzil başına məsafə saxlamaqla yetişməsini hökumət təmin etməlidir. Bunun yollarını hökumət axtarmalıdır, amma hökumətdə bundan ötrü düşünüb, başını ağrıdan belə yoxdur. Nazirlər Kabinetində hər dəfə ələ salınan Operativ Qərərgah üzvləri, yalnız brifinqlər zamanı bir yerə toplaşır, inanın!

Həftə sonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağalar isə ümumiyyətlə gülüş doğurur - elə bil hökumət iki gün virusa istirahət  verir, qalan günlərdə isə intensiv yoluxma prosesinə başlayır. Sərnişinlərin məsafə saxlayaraq hərəkəti təmin edilsə, başqa qadağaların mənası artıq itir, belə olsa maskaya, sərt ya yumşaq "karantin"ə ehtiyac qalmaz.

 Akif Nəsirli

0.050426006317139