Vilayət Eyvazov 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı

Vilayət Eyvazov 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı
 

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Paralel.az "unikal.org"-a
 istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.
Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.

0.01634407043457