Elmar Vəliyevin Hacıkənddə baxımsız və yarımçıq qalan oteli

Elmar Vəliyevin Hacıkənddə baxımsız və yarımçıq qalan oteli
 

Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin Hacıkənd qəsəbəsində inşa olunan “Arfa” otelinin tikintisi bir müddətdir ki, yarımçıq qalıb.

KONKRET.az xəbər verir ki, otel kompleksinin inşası Elmar Vəliyevə edilən sui-qəsd cəhdindən sonra dayandırılıb və bu günədək orada inşaat işləri aparılmır. Bir müddət öncə otel kompleksinin satışa çıxarıldığı xəbərləri də yayılmışdı. Hazırda tikili baxımsız vəziyyətdədir.

Yeddi mərtəbədən ibarət olan olan otel kompkleksi Hacıkənd qəsəbəsinin mərkəzi hissəsində tikilib. Beş ulduzlu otellərin tələblərinə uyğun aparılan tikili təxminən 4 ildir ki, aparılırdı. Artıq həmin tikinti dayandırılıb.

Baxmayaraq son 4 il öncə oteldə tamamamlanma işləri həyata keçirilirdi. Otel kompleksi Gəncə şəhərinin 19 kilometrliyində yerləşir. Məqsəd yay aylarında Göygöl-Hacıkənd bölgəsinə yerli və xarici qonaqların, eləcədə yerli turistlərin sıxlığı nəzərə alınaraq onlara yüksək xidmət göstərmək olub.

Yeni otel binasının Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu iddia olunur.

 

0.020057916641235