“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı

“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı
 

“Euro Style LTD” MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb. 

MillətinSəsi.info xəbər verir ki, buna səbəb Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub. 

Bundan sonra Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə verib. Nəzərinizə çatdıraq ki, hazırda şirkət "Volkswagen" avtomobillərini Türkiyədən gətirərək Bakıda satır.

Şirkətin icraçı direktoru Elmir Xəlilov açıqlamasında bildirib ki, məhkəmə prosesinin gedişatı ilə bağlı hələ ki, heç nə deyə bilməz.

Qeyd edək ki, Volkswagen Bakı Mərkəzi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.

Xatırladaq ki, “Euro Style LTD” MMC-nin qeyri-rəsmi sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

Mediada yayılan məlumatlarda qeyd edilir ki, ayda 1000 manat maaş alan icra başçısının bahalı maşınları hansı pulla alması da ciddi sual doğurmaya bilməz.

İcra başçısının maşın kolleksiyasında qiyməti nə az, nə çox 150-200 min manatdan başlayan "Ferrari”, "Porshe” kimi bahalı avtomobillər var.

Bu da səbəbsiz deyil. A.Vəliyevin avtomobil salonu var. "Sarı gəlin” restoranı və digər ticarət obyektlərinin olması da ictimaiyyətə sirr deyil. Yəni icra başçısı bizneslə məşğuldur.

Mənbə Unikal.org

0.014864206314087