İqlim dəyişmələri xalq təsərrüfatını təhdid edir

İqlim dəyişmələri xalq təsərrüfatını təhdid edir
 

İqlim dəyişmələri həm , insan sağlamlığına təhlükədir

Hazırda dünyanı narahat edən ən ümdə ekoloji problemlərdən biri iqlim dəyişiklikləridir. Çünki iqlim dəyişikliyi insanların səhhəti ilə yanaşı canlı cansız aləmə, bütün bunlardan dolayı xalq təsərrüfatına mənfi təsir göstərir. Məhz bu səbəbdən , insanlar uzun illər vərdiş etdiyi bir iqtisadiyyat seqmentindən tamamilə əl çəkməli başqa vərdişlər qazanaraq, digər peşələrlə məşğul olmaq məcburiyyətində qalırlar. Məsələn, illər əvvəl Abşeron iqtisadi rayonunda əhalinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olub. Yarmadada ucu-bucağı görünməyən torpaqlarda kolxozlar sovxozlar qurulmuşdur. İndi həmin torpaqlar mövcuddur, amma iqlim dəyişiklikləri nəticəsində bu torpaqlardan bol məhsul götürmək mümkün olmadığından insanlar bu torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaqdan əl çəkiblər. Rayonlardan Bakı şəhərinə əhalinin miqrasiyası isə kolxoz sovxozlardan pay torpağı alan əhaliyə torpağı satıb, pul qazanmaq şansı verdi. Beləcə Abşeronun kənd təsərrüfatı təyinatlı torpaqları yaşayış massivlərinə çevrildi ki, bu da əhalinin texnikanın rayonda sıxlığını kəskin şəkildə artırdı. Abşeron iqtisadi rayonunda əhalinin, texnika zavodların sıxlığının artması, bu ərazidə həm iqlim dəyişikliyini bir qədər konsentrikləşdirdi. Sözügedən iqtisadi rayonda texnika zavodların artması bir tərəfdən istixana qazları effektini gücləndirdi, digər tərəfdən isə atmosferin çirklənmə səviyyəsini bir neçə dəfə yüksəltdi. Nəticədə, rəsmi rəqəmlərə görə, Abşeron iqtisadi rayonunda havanın çirklənmə səviyyəsi ortalama normadan üç dəfə çoxdur. Lakin bu yalnız rəsmi statistikadır, müstəqil ekspertlər iddia edir ki, Abşeron rayonunda bir neçə gün hava küləksiz keçdikdə, yəni sabit hava şəraiti yarandıqda atmosfer çirklənməsinin səviyyəsi normadan yeddi dəfə çox olan səviyyəyə qədər qalxır. Ona görə Abşeron iqtisadi rayonunda yaşayan tənəffüs orqanları xəstə olan insanlar belə havalarda özlərini pis hiss edir, külək başlayan kimi isə səhhətləri stabilləşir. Bununla yanaşı, Bakı şəhəri ətraf qəsəbələrdə yaşayan əhali arasında son on ildə tənəffüs yolları xəstəliklərinin sayı bir neçə dəfə artıb. Bu xəstəliklər arasında allergiya mənşəli astma-bronxit xüsusilə geniş yayılıb. Həkimlərin izahatına görə, Abşeron iqtisadi rayonunda bu xəstəliyə son illər əraziyə köçən az da olsa burun dəliyində tıxanmaları olan insanlar daha çox yoluxur. Ona görə ki, həmin insanlar burun dəliyində tıxanmalar olduğu üçün qaçarkən, intensiv hərəkət edərkən, bunlar olmasa da, ən azı gecələr yatarkən ağız böşluğu vasitəsi ilə nəfəs alırlar. Ağız boşluğu ilə nəfəs alma zamanı, hava ciyərlərin menyusuna uyğun emal edilmir, xam hava birbaşa bronxlara daxil olur ki, belə hava bronxların daxili selikli qişasını mütəmadi olaraq zədələyir. Müəyyən müddət bu proses davam etdikdə bronxların zədələnmiş selikli qişası sinirləri qıcıqlandırır. Qıcıqlanmış sinir isə bronxların divarlarını əhatələyən əzələ qatına ötürülür əzələlər aldığı qıcıqların nəticəsində yığılmağa başlayır. Bu isə bronxların sıxılaraq qapanmasına, yəni astmatik boğulma prosesinə səbəb olur.

Göründüyü kimi, lokal bir rayonda antropogen təsirlər nəticəsində qısa müddət ərzində həm iqlim dəyişikliyi, həm havanın kirlənməsi prosesi gedir, nəticədə insanların sağlamlığına əsas zərbə, məhz öz əməli nəticəsində dəyir. Yuxarıda yaranma mexanizmini izah etdiyimiz yalnız bir xəstəlikdir, lakin hazırda tənəffüs yolları xəstəliklərinin siyahısı kifayət qədər çoxdur.

Hazırda iqlim dəyişiklikləri onların canlı aləmə mənfi təsiri dünya ölkələrini beynəlxalq təşkilatları getdikcə daha çox narahat etməkdədir. Bu cür iqlim dəyişiklikləri qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın digər dövlətlərində özünü büruzə verməkdədir. İqlim dəyişiklikləri qeyri-sabit hava şəraiti müşahidə edilən bütün ölkələrdə ciddi problemlərlə müşaiyyət edilir. İqlim dəyişiklikləri problemlərinə diqqətin artması bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi - praktiki konfransların keçirilməsini, müxtəlif növ layihələrin reallaşdırılmasını labud edir. Bu səbəbdən , artıq bir çox dövlətlər bu problemə çox ciddi yanaşırlar. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur bir dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot bir-oksid xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Azərbaycan ərazisi qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30S- qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Bu səbəbdən son on illiklərdə kiçik dağ çaylarında sel daşqınların sayı gücü artıb.

Azərbaycan ərazisində temperaturun illik normasının artması bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatında bütün çılpaqlığı ilə özünü göstərməkdədir. Belə ki, təxminən 30 il əvvəl ölkə ərazisində daha geniş torpaqlarda kənd təsərrüfatı məhsulları yetişdirilirdi. Bununla belə, yay aylarında su qıtlığı hiss edilmirdi. Ekoloqların qənaətinə görə, bu onunla əlaqədardır ki, 30 il əvvələ nisbətən havanın temperaturu yüksək olduğundan yazda əriyən qarnaqlar buzlaqlar indi qışın sonunda, fevralın sonu, martın əvvəllərində, yay aylarında əriyən buzlaqlar isə mayın birinci dekadasına qədər əriyib qurtarır. Əvvəllər Yay Yaz aylarında bol sulu çaylarda mütəmadi müşahidə edilən daşqınlar indi qışın  son aylarında erkən yazda müşahidə edilir. Yəni, havanın illik orta temperaturu yüksək olduğu üçün su ehtiyatlarının hərəkəti surətlənib, mexaniki olaraq əvvəllər 6-7 ay ərzində hərəkət edərək mənsəbinə çatan su kütləsi indi cəmi iki aya öz mənsəbinə çatır. Bu isə yay aylarında quraqlığa su çatışmazlığına səbəb olur.  Bu hallar da öz növbəsində tarlalarda bol məhsul yetişdirməyə imkan vermir. Bu problemin həlli üçün hazırda təbii su ehtiyatlarına güvənmədən süni su ehtiyatlarının yaradılması istiqamətində ciddi işlər görülür, layihələr həyata keçirilir. Əvvəllər dağlıq ərazilərdə qar buz ehtiyatları kənd təsərrüfatı bitkilərinin vegitasiya dövrünə uyğun əriyib, aqrar sahəni il boyu su ilə təmin edirdisə, artıq bu potensial Azərbaycanda yoxdur. Ona görə ölkədə ona yaxın yeni su anbarının tikintisinə başlanılıb. Belə nəzərdə tutulub ki, həmin anbarlar çaylarda suyun səviyyəsini normalaşdırsın, normadan artıq gələn su həcmlərini anbara tədarük edərək, yay ayları üçün su ehtiyatları yığsın. Başqa sözlə desək, əvvəllər qar buz şəklində təbii olaraq saxlanılan su ehtiyatları bundan sonra inşa edilən su anbarlarında saxlanılacaq. Bu çox diqqətəlayiq üsul olsa da, Ermənistan kimi ölkəmizə xalqımıza düşmən kəsilən bir dövlətlə qonşu olmaq belə dəryaçaları həm təhlükə mənbəyinə çevrilir. Buna misal olaraq ordumuzun misilsiz şücaəti igidliyi ilə düşmən əsarətindən azad olunan Sərsəng su dəryaçasını göstərə bilərik. Əgər müharibə başlayarsa, düşmən bu dəryacalara hava zərbələri endirməklə ölkənin bir hissəsini su altında qoya bilər. Belə risklərdən yayınmaq üçün bu cür strateji obyektlər həm havadan, həm qurudan etibarlı şəkildə mühafizə olunması, bununla yanaşı, müharibə zamanı dəryaçalarda su ehtiyatlarının səviyyəsini minimuma endirmək lazım gəlir.

Ölkəmiz həm hüquqi baxımdan dünyanın iqlim dəyişmələrinə qarşı mübarizə konvensiyasına digər protokollara qoşulub. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürüb bu öhdəlikləri sistemli şəkildə yerinə yetirir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının «Kioto protokolu»nu 2000-ci ildə təsdiq edib. «Kioto protokolu» üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilən «Doha əlavəsi» 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib ölkə prezidenti tərəfindən imzalanıb.

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016- ildə imzalayıb həmin ilin oktyabr ayında Milli Məclisdə müzakirəyə çıxararaq ratifikasiya edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə dəstək olaraq 1990- baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb.

Ümid edək ki, beynəlxalq yerli səylər bizi iqlim dəyişmələrinin mənfi fəsadlarından qoruya biləcək.

 

Paralelin Araşdırma Qrupu

 

 

 Yazı  Azərbaycan Respublikası Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.026037931442261