General-mayor Novruzəli Orucovun oğlunun dəbdəbəli həyatı

General-mayor Novruzəli Orucovun oğlunun dəbdəbəli həyatı
 

Bakıda marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucov bir neçə il əvvəl dəbdəbəli həyatı ilə gündəmə gəlib. 

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğlu olan Rüstəm Orucov sahib olduğu lüks avtomobilləri və yaşayışı ilə də zaman-zaman mətbuatın gündəminə düşüb.

Qeyd edək ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. 

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

General oğlunun dəbdəbəli həyatından görüntüləri təqdim edirik:

0.01678991317749