Bakıda Türkiyə-İsrail-Pakistan dostluq parkı salınsın - TƏKLİF + VİDEO

Bakıda Türkiyə-İsrail-Pakistan dostluq parkı salınsın - TƏKLİF + VİDEO

 

44 günlük müharibədən sonra Azərbaycan xalqının hər bir fərdinə məlum oldu ki, dörd dövlət daha böyük miqyasda ölkəmizə öz dəstəyini göstərdi.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sosial şəbəkə seqmentində bəziləri Türkiyəyə, İsrailə, Pakistana, Əfqanıstana qarşı anti-təbliğat kampaniyası aparır:

“Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Bakıda salınan parkların birinə “Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkı” adı verilməlidir. Həmin parkda da bu ölkələrin bayraqları dalğalanmalıdır”.

0.38357996940613