“Avro-2020-nin Könüllü Kuboku” Vəli Qasımov və Taleh Yüzbəyovu bir araya gətirdi - FOTO

“Avro-2020-nin Könüllü Kuboku” Vəli Qasımov və Taleh Yüzbəyovu bir araya gətirdi - FOTO

 

Bakı Olimpiya Stadionunun “Sportster Arena” meydançasında təşkil olunan final oyununda Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbə Proqramı təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” təşkilatı qarşılaşıb. 

Oyundan əvvəl Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həlledici oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən “Bir Könüllü” Tələbə Proqramı təşkilatının komandası “Könüllü Kuboku”nun qalibi olub. Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Təhsil Nazirinin muavini, Tələbə Futbolu Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, Avro-2020-nin səfiri Vəli Qasımov, Avro-2020-nin Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov iştirak edib. Qalib komandaya kuboku Firudun Qurbanov təqdim edib. 

Qeyd edək ki, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlağı çərçivəsində keçirilən və aprelin 20-dən start götürən turnirdə ümumilikdə 16 komanda mübarizə aparıb.

 

0.38207101821899