28 illik işğalın acı nəticələri

28 illik işğalın acı nəticələri
 

Ağdamda barmaq sayı qədər ağac qalıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkil etdiyi səfər çərçivəsində 15 aprel 2021-ci il tarixdə respublikamızın dilbər guşələrindən olmuş Ağdamı ziyarət etdik. Sovetlər dönəmində Aran Dağlıq Qarabağın paytaxtı sayılan bu əfsanəvi şəhər haqqında təəssuratlarımızı oxucularla başqa bir yazıda bölüşəcəyik. Bu yazıda isə Ağdam rayonunun timsalında 30 ilə yaxın müddətdə işğal altında qalan rayonlarda erməni qəsibkarlarının ətraf mühitə vurduğu zərbələrdən söz açmaq istərdik. Bu vaxta qədər işğaldan azad edilən ərazilərimiz barədə müxtəlif dövlət qrumlarından aldığımız məlumatlar əsasında uzun müddət işğal altında qalan ərazilərimizin ektologiyası barədə yazılar dərc etmişik. Bu dəfə əyani şəkildə gördüklərimiz barədə yazacağıq. Yəqin hamı bu fikirlə razılaşar ki, su həyatdır - bizim qalaktikanın doqquz planetindən, yalnız Yerdə su olduğu üçün həyat var. ABŞ-ın YEL universitetinin astorbiologiya kafedrasının mütəxəssisləri o qənaətə gəlib ki, qalaktikamızın digər planetlərində su olsaydı, həmin planetlərdə Yerdəkindən bir qədər fərqli canlıların məskunlaşdırılması mümkün olardı. Ermənilər Ağdamda həyatı söndürmək üçün birinci növbədə onun suyunu kəsiblər. Müşahidə etdikdə görünür ki, ötən otuz il ərzində, yalnız Ağdam rayonunun yuxarı Qarabağa bitişik ərazilərində su olub. Səfər çərçivəsində biz Əsgəran rayonunun bir neçə kilometirliyinə - Qarağacı qəbiristanlığına qədər getdik. Həmin ərazilərdə Ermənilər min hektara yaxın nar bağı salıb. Şelli kəndinin nar bağlarını isə mütəmadi şəkildə suvararaq bu bağlardan hər il böl məhsul götürdukləri açıq-aşkar sezilirdi. Amma sözügedən ərazilərə qədər Ağdam rayonu ərazisində bir dənə olsun su mənbəyinə rast gələ bilmədik. Ağdam rayonunun mərkəzindən keçən beton kanalın içində yaz yağışları ot bitirib, kanalın içi yamyaşıl çəmənlikdir. Ətraf düzənliklərdə isə yaşıl çəmənlik boyu ara-sıra saralan zəncirotu çiçəyi, qırmızı qoftalı lalələr gözə dəyirdi. Biz bölgəyə erkən, yaz fəslində getdiyimiz üçün yaz yağışlarından sonra torpaqda canlanma hiss edilirdi, lakin qızmar yay günləri bir neçə aydan sonra bu canlanmanı yandıraraq külə döndərəcək. Çünki ərazidə bütün su mənbələri sıradan çıxarılıb. Ağdamın minillik kəhrizləri batrılıb, əsrlər boyu çağlayan Qarqar çayı quruyub. Ermənilər Sərsəng su anbarından Ağdam istiqamətə axan bütün su, çay   kanalları bağlayıb. Bu vaxta qədər "suyu qurumuş dəyirman" ifadəsini bu dərinliyə qədər heç zaman qavramamışdım. Ağdam əsil "suyu qurumuş dəyirman"ın bariz nümunəsi kimi gözümüz önündə dayanmışdı. Rayonun sudan məhrum olan bütün ərazilərində həyat sönüb, desək daha doğru olardı. Daşı-daş üstə qalmayan imarətləri, Xurşudbani Nətavanın uçrulan məqbərəsini, Pənahəli xanun eşilən məzarlığını demirəm, bunlar Azərbaycan xalqının mənəviyyat məsələsidir xalq bu dərslərdən öz adına layiq bir şəkildə nəticə çıxaracaq.

Rayon ərazisində suyun kəsilməsi ilə ətraf mühitin harmoniyası pozulub, ekosistemlər arasındakı tarazlıq, müvazinət itib. Bu müvazinəti bərpa etmək üçün onilliklər, gərgin əmək əsaslı kapital gərəkir. İşğaldan əvvəl Ağdam şəhərini görən, bu şəhərə heç olmasa bir dəfə səfər edən hər bir şəxs təsdiqləyə bilər ki, şəhər böyük bir meşəliyi xatırladırdı - hündür xan çinarları, böyük əncir ağacları, kəndlərdə çoxsaylı tut digər meyvə bağları var idi. Hazırda isə o meşəlikdən, o bağlardan əsər-əlamət yoxdur. Ağdamda olduğumuz 10-12 saat ərzində yalnız Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasının yanında quş səsi eşitdik. Bu da onunla bağlı idi ki, orada təbii çeşmə var, dağın altından axan çeşmənin suötürmə gücü saniyədə bir neçə kub metr suya bərabərdir. O üzdən Şahbulaq qalasının ətrafında sanlı həyat hiss edilir.

Ağdamın Qərvənd kəndi tərəfdən şəhərə doğru uzanan asfalt yol şəhərin daxili yolları işğal dönəmində yararsız hala düşüb, artıq hansı küçənin haradan başlayıb, harada bitdiyini ağdamlılar belə, müəyyən edə bilmədi. Qərvənd kəndindən başlayaraq Ağdam şəhərinə aparan yolun bir hissəsində sol tərəfdə, digər hissəsində isə sağ tərəfdən ermənilər hündür torpaq səddi yaradıb. Görünür bu səddi qarşı tərəfdən qorunmaq, vizual müşahidə imkanlarını məhdudlaşdırmaq üçün yaradıblar. On kilometirdən çox uzanan bu səddi qurmaq üçün ermənilər əkinəyararlı torpaq sahələrində geniş dərələr yaradıb, həmin hissələrdə torpağın münbit üst qoruyucu təbəqəsi məhv edilib. Sözügedən sahələrin bərpası üçün yenidən istehkam-sədd çəkmək üçün qazılaraq daşınan torpaq kütləsini geri qaytarmaq, həm əkin sahəsinin relyefini düzəldib əkinəyararlı hala gətirmək torpağın hums qatını bərpa etmək mümkündür. Amma bunun üçün külli miqdarda vəsaitə ehtiyac var. Rayon mərkəzində kəndlərdə olan ağacların hamısı məhv edilib qırılaraq. Ağdam rayonunun mərkəzi stadionundakı (İmarət stadionu kimi tanınır) bütün Xan çinarlar kəsilərək məhv edilib. Ağdam İmarət stadionunda olarkən, bizə bələdçilik edən rayon icra hakimiyyətinin şöbə müdiri Zülfü Qasımov məlumat verdi ki, bu stadionun yeri təsadüfən seçilməyib. Mütəxəssis bildirdi ki, bu, İmarət stadionunun ərazisində onlarla Xan çinarı vardı, həmin çinarlar yayın qızmar vaxtında belə, ərazini sərinləşdirirdi, çinarlar təbii kondensioner - sərinkeş rolunu oynayırdı. İndi yalnız həmin çinarların kötüyündən çıxan pöhrələri müşahidə etmək olur. İmarət stadionunun bir özəlliyi onun torpağının strukturu ilə bağlıdır. Stadionun yaşıl örtüyü təbidir, yəni ot örtüyü xüsusi olaraq əkilməyib, qazon deyil. Bu xüsusiyyətinə görə Ağdamın İmarət stadionu dünyada yeganədir. Digər tərəfdən, stadionun yağışdan ya suvarmadan sonra quruma müddəti cəmi bir saat çəkir. Hətta, Zülfü Qasımov bizimlə söhbətində bildirdi ki, bir dəfə işğaldan əvvəl, "Qarabağ" komandasının Rusiya komandalarından biri ilə yoldaşlıq matçı olmalı idi: "Səhər saatlarında başlayan leysan günorta saat 12 radələrində dayandı. Günorta naharında rəqib komandanın rəsmiləri ilə süfrə arxasında söhbət zamanı hiss etdim ki, onlar bu gün matçın baş tutacağını ağıllarına belə gətirmir, matçın hansısa başqa günə keçirilməsi barədə danışırdılar. Mən onlara bildirdim ki texniki baxımdan matçın bu gün keçirilməsinə heç bir problem yoxdur. Onlar təəccüblə soruşdular ki, necə yəni, stadion indi palçıq olar. Mən nahardan sonra onları stadionun yaşıl örtüyünə dəvət etdim göstərdim ki, səhər yağan yağışdan burada əsər-əlamət yoxdur, stadionun yaşıl örtüyü dünən necə idisə, indi həmin vəziyyətdədir. Onlar vəziyyəti belə görüb mənə təşəkkür etdilər ki, çox səmərəli bir drenaj şəbəkəsi qürmusunuz, sizin təcrübəni bölüşmək lazımdır. Mən onda drenaj şəbəkəsinin olduğunu bilmirdim, əlavə etdim ki, burada heç bir drenaj şəbəkəsi qurulmayıb, torpağın xarakteri belədir, yağışdan bir saat sonra bütün su çəkilir torpaq quruyur. Bu qonaqları bir qədər təəccübləndirdi, bir neçə saat onlar stadionda mövcud olmayan drenaj şəbəkəsini qurutma sistemini axtardılar, amma heç tapa bilmədilər, çünki belə bir şey yox idi, bu, Allahın Ağdama ərmağan etdiyi nemət idi".

İndi Ağdamda yalnız şəhərin mərkəzi meydanında üç ütülmüş Xan çinarı qalıb, qalanlarını isə ermənilər vəhşicəsinə məhv edib. Bərdə-Ağdam yolunun sağ sol tərəfində yerləşən torpaq sahələrinin vəziyyəti onu deməyə əsas verir ki, bu torpaqlar işğal vaxtı mütəmadi olmasa da əkilib-becərilib. Bələdçilərin sözlərinə görə, sözügedən istiqamətdə əkin sahələri işğala qədər suvarılan torpaqlar olub, amma ermənilər buradan dəmyə əkin kimi istifadə edib. Buna səbəb ermənilərin Ağdama yönələn bütün su axarlarını kəsməsidir. Bu hal onların özlərinə zərər vursa belə, (su olsa sözügedən sahələrdən hər il bol məhsul götürmək olardı) Ağdama su verməyiblər, burada həyatı söndürməkdə qərarlı olublar. Bu yerdə məşhur bir lətifə yada düşür:- Tanrıdan erməniyə vəhy gəlir ki, dilərsən dilə məndən, verəcəm, amma sənə bəxş elədiyimin ikiqatı türkün məndən ərmağanı olacaq. Erməni deyir ki, bir gözümü çıxar!

Beləcə, ermənilər otuz ilə yaxın işğal altında saxladıqları Ağdam rayonunun suyunu kəsməklə, münbit torpaqlarını daşıyaraq istehkam-sədd qurmaqla əkinəyararlı torpaq sahələrini məhv ediblər. Onillərlə su görməyən torpaqlarda müxtəlif aspektlərdə deqradasiyanın getdiyi vizual olaraq müşahidə edilir. Ağdam rayonunun mərkəzi meydanındakı park bağ sahələrindəki torpaqlar da, artıq Qazaxıstan səhralarını xatırladır. Susuzluqdan torpağın bitki örtüyü məhv edilərək yoxa çıxıb, çılpaq torpaqlar isə səhralaşmağa başlayıb. Bizim jurnalist qrupu ilə Ağdama səfər edən, əslən ağdamlı olan Nicat adlı həmkarım özü ilə doğulub boya-başa çatdığı torpaqda əkmək üçün alma ağacı aparmışdı. Şəhərin mərkəzi meydanının ətrafında torpağın üzünü söküntünün daş-kəsəyi elə örtmüşdü ki, kiçik bir fidanı əkməyə yer tapa bilmədik. Sonda Ağdam Cümə məscidinin həyətində alma ağacına bir yer tapa bildik. Nicat bəy polislərdən təvəqqə etdi ki, onlar üçün gətrilən sudan bir neçə gündən bir onun əkdiyi alma ağacına su versinlər, bəlkə bitdi, qoy məndən igidlərimizin azad etdiyi, azad nəfəs alan Ağdama hədiyyə olsun.

Fikrimizcə, işğaldan azad edilən bütün rayonlara, o cümlədən Ağdama BMT-nin İqlim Dəyişiklikləri Komissiyası dəvət edilməli, ətraf mühitə dəymiş zərər mütəxəssislərin rəyi əsasında təsdiqlənərək qiymətləndirilməlidir. Çünki bu rayonlarda ətraf mühitə o qədər ağılagəlməz zərbələr vurulub ki, biz təkbaşına bu yaraları sağalda bilmərik. Həm beynəlxalq aləmin diqqəti bu məsələyə yönəldilməli, həm ekoloji tarazlığın pozulmasına səbəb olan hərəkətlərə görə Ermənistana təzminat iddiası qaldırılmalıdır.

 

Paralelin Araşdırma Qrupu

 

  

Yazı  AzərbaycanRespublikası Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.079229116439819