Azərbaycan tarixi şansları buraxır...

Azərbaycan tarixi şansları buraxır...
 

9 may paradı Baydenin 40 il geriyə addımı

 Azərbaycan iqtidarının başı rüşvət korrupsiyaya elə qarışıb ki, hətta onun üçün yaranan ünikal beynəlxalq fürsətləri belə görmür ya görməməzliyə vurur. Rüşvət büdcə talanından kalan pul gəlir, haram pullar. Bu pullar hətta, iqtidar komandasına gələnə qədər iti zəkalar kimi tanınan insanların belə, beynini kütləşdirib. Ətli peysərlər, piyli başlara malik məmurlar heç vaxt noramal düşünə bilmir, yığdıqları piy damarlarını elə kirəcləşdirir ki, normal düşünmək üçün beyinlərinə qan çatmır. Biz bunu başqa cür izah edə bilmirik. Başqa izahı olanlardan xahiş edirik, bizə yazsınlar, bəlkə biz yanılırıq, bəlkə biz səhv düşünürük, bəni-adəm xətadan xali deyil. Odur ki, bu barədə fikir təkliflərinizi bizdən əsirgəməyin, elektoron poçt ünvanlarımıza yazın.

Son bir neçə həftədə təsdiqləndi ki, ən yaxın tərəfdaşımız, dostumuz Rusiya 44 günlük müharibədə başımıza dünyanın ən mükəmməl taktiki-hücum raketlərindən od yağdırıb. Həm müharibə qaydalarını, həm beynəlxalq hüququ, həm bizim hüquqlarımızı pozub. Əcəba, bəs niyə dinmirik, niyə Rusiyanı beynalxalq hüququ pozduğuna görə beynəlxalq məhkəməyə çəkmirik? Bu Azərbaycan dövlətinin əlinə düşən tarixi şanslardan biridir. Elə bil ki, divin canı yerləşən şüşə bizim əlimizə keçib, bu "şüşə"dən ağılla istifadə edə bilsək, biz Rusiyanı tısbağanı arxası üstə çevirən kimi, çevirib siyasi nakauta sala bilərik. Amma biz bunu etmədiyimiz üçün Moskvanın şefi yenidən oyun qaydalarını pozmaqla, bizə sadə fəndlərlə udmaq şansı verir, biz isə sadiq qul kimi ağanın arxası üstə (rusca "obmork") yıxılmasını müşahidə etməyi özümüzə rəva bilmirik bu şansları əldən buraxırıq. Azərbaycan iqtidarı ayılmalıdır ki, müasir dünyada "böyük dövlət" anlayışı, artıq tarixin arxivinə göndərilməkdədir. Bu gün "böyük dövlətlər" böyük buzlaşma dönəminin dinozavorlarına bənzəyir, onların nəsli kəsilməkdədir. Artıq dövlətin gücü onun tutduğu ərazilərlə, əhalisinin sayı ilə, əsgəri qüvvənin çoxluğu ilə ölçülmür. Bu gün bütün sahələrdə intellekt həlledici rol oynadığı kimi, siyasətdə onun kritik mərhələsi olan müharibələrdə , insan zəkası əsas rol oynayır. 44 günlük müharibə bunun bariz nümunəsidir - biz bu altı həftə ərzində erməniyə qarşı deyil, "böyük" Rusiyaya qarşı müharibə aparmışıq. İnanmırsınızsa Hərbi Qənimətlər Müzeyinə baş çəkin - bu məkanda əsgər dəbilqəsindən T-90 tankına qədər bütün silahlar Rusiya Fedarasiyasına məxsusdur. Yalnız bu silahların sükanı arxasında rus deyil, rus hərb elminin bütün naliyyətlərinə yiyələnən  erməni əsgəri oturub. O sükanın (şturval) arxasında rus otursaydı dəyişəcəkdi, əlbəttə, heç ... Elə isə biz nədən Rusiyadan - yetimxanada böyüyən Vladimir Putindən çəkinirik, qorxuruq? Rusiyanın qorxunc silahları olan "İsgəndər", "Smerç", "Skat", "İqla", "S-300" (Rusiya bu müharibədə yalnız "S-400" nüvə başlıqlarından istifadə etmədi) daha nələr, nələr - hamısı hiper-müharibə qarşısında metal qırıntısından ("metallom") başqa bir şey deyil. Bunu dünyaya Azərbaycan Ordusu sübut elədi! Belə bir orduya malik olan siyasətçilər nədən Rusiyadan çəkinir, ona meydan oxumur, axı Azərbaycan əsgəri döyüşdə rus hərbi maşınına meydan oxudu.

Bütün baş verənlərdən sonra Rusiya öz torpağımızda bizə əzələ nümayiş etdirmək istəyir - Xankəndidə 9 may paradına hazırlaşır. Bəzi ruspərəs politoloqlar bunu Rusiya ordusunun daxili nizamnaməsi ilə izah etməyə çalışır. Lakin bu, belə deyil. Birincisi, Xankəndidə qərarlaşan silahlılar ordu deyil, guya sülhməramlıdır. Ordu ilə sülhməramlının fərqi ondan ibarətdir ki, ordu müharibə üçün, sülhməramlı isə müharibəni sakitləşdirmək, dalaşanları barışdırmaq üçün nəzərdə tutulur. Hərbi parad isə hər bir halda hərbi güc, əzələ nümayişidir, ona görə sülhməramlıların Xankəndidə hərbi parad keçirməsi beynəlxalq hüquqa ziddir. Digər tərəfdən, lap elə qəbul edək ki, 9 may paradı rus ordusunun daxili nizamnaməsinə uyğun olaraq düzənlənir, elə isə üçün oxşar paradı rus qoşunları Abxaziyada, Osetyada, Dnestiryanıda, Krımda Donbasda niyə indiyə qədər keçirməyib? Çünki həmin münaqişə bölgəsində Rusiyaya bu cür həddini göstərən, hərbi texnikasını metal qırıntısına çevirən ordu olmayıb. Tam əminik ki, "İsgəndər M" yalnız Şuşaya deyil, Mingəçevirə Abşeron yarmadasına da atılıb. Lakin bu rayonlarda quraşdırılan hərbi havadan müdafiə sisteminə (İsrail istehsalı olan "Dəmir qübbə") məxsus "Barak-8" qurğusu onu göydə vedrə kimi vurub saldı yerə. Rusiya Azərbaycandan bunun qisasını almaq üçün fürsət axtarır, 9 may paradı da bu qəbildən olan təxribatlardan  bridir. Hansı ki, biz bu paradla Putini "pat" vəziyyətində qoya bilərik, amma bacarmırıq.

Belə vəziyyət təkcə Rusiya ilə bağlı deyil, məsələn, ABŞ prezidenti Cozef Bayden sələfi Ronald Reyqanın 40 il əvvəl etdiyini təkrarladı - boş söz yığınından başqa bir şey olmayan, heç bir tarixi fakta söykənməyən "erməni soyqırımı" ifadəsini işlətdi. Bu rəsmi riyadır, yalandır - heç bir real əsası yoxdur. ABŞ prezidentinin yalan danışması isə onun üçün fəlakətdir. Azərbaycanı bütün beynəlxalq heçabatlarda reytinqini aşağı salan əsas sənəd isə Amerika Dövlət Departamentinin hesabatlarıdır. Azərbaycanın əlinə onun reytinqini aşağı salan bu hesabatların sıfırlayan bir fürsət düşüb. Azərbaycan Türkiyə ilə birlikdə bütün türk dünyasının bu xüsusda dəstəyini almalı beynəlxalq səviyyədə məhkəmə quraraq "erməni soyqırımı" məsələsinin yalan olduğunu sübuta yetirə bilər. Bu halda Azərbaycan bəyan edə bilər ki, yalandan "soyqırım" ittihamı irəli sürən dövlətin hesabatlarına necə inanmaq olar? ABŞ Dövlət Departamentinin Azərbaycan barədə hesabatları əsasən reallıqları ifadə etsə belə, iqtidarın imkanı var ki, o hesabatların yalan olduğunu iddia etsin. Belə olan halda Azərbaycanın beynəlxalq reytinqi dəfələrlə yüksələ bilər. Əslində, bu o qədər səmimi mübarizə metodu deyil, amma belə bir fürsət var ikən nədən Azərbaycan bundan istifadə etməsin? Azərbaycan diplomatlarının da başı digər məmurlar kimi, korrupsiyaya, qara yollarla pul qazanmağa elə qarışıb ki, dövlətin beynəlxalq səviyyədə mənafeyini qorumaq barədə düşünən yoxdur. Ona görə , belə metodlar diplomatlarımızın yadına düşmür. Yaxud onların dilinə qıfıl vurulub.

0.020675897598267