Nazir Muxtar Babayevin nəzərinə: Lənkəranın Osaküçə kəndində “yaşıl soyqırım” həyata keçirilir

Nazir Muxtar Babayevin nəzərinə: Lənkəranın Osaküçə kəndində “yaşıl soyqırım” həyata keçirilir
 

 Farid Həbibov: “Meşə gözətçisi və Lənkəran rayonu Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən ölümlə hədələnmişəm”

Lənkəran rayonun Osaküçə kəndinin sakini Farid Həbibov redaksiyamıza müraciət edərək, 9 saylı meşə ərazisində qeyri-qanuni tikinti aparıldığını bildirib.

O bununla bağlı Lənkəran rayonun Regional meşə Təsərrüfatı və 1 saylı Ekologiya İdarəsinə müraciət edib. Buna baxmayaraq, şikayətçi ölümlə hədələndiyini vurğulayıb.

Farid Həbibov tikinti işlərini davam etdiyini qeyd edib: “2020-ci ili may ayından bu günə kimi külli miqdarda ağac kəsilib. Lənkəran rayonun Meşə Təsərrüfatı İdarəsinə bir neçə dəfə müraciət etmişəm. 9 saylı meşə ərazisində çəpərə salınan beş hektar torpaq sahəsi adıyla qeyri-qanuni tikinti aparılır. Buna baxmayaraq, bir neçə dəfə məni öldürməklə hədələyiblər. Çünki məsələylə bağlı bir sıra qurumlara şikayət məktubu ünvanlamışam.

Meşə gözətçisi və idarənin digər əməkdaşları tərəfindən ölümlə hədələnmişəm. Maraqlısı budur ki, bu tikintilərdən Lənkəran Rayonun Regional meşə Təsərrüfatı İdarəsinin və 1 saylı Ekologiya idarəsinin də xəbərləri var. Ərazi meşə bərpa ərazisi sayılır. Sözügedən ərazidə arı təsərrüfatıyla məşğul oluram. Meşə idarəsinin keçmiş rəhbəri Şahin Cəfərov ilə müqavilə imzalamışam. Lakin Füzuli Məmmədov rəhbərliyə gələndən sonra bizə süni problemlər yaradılır.

Bununla bağlı müxtəlif qurumlara da müraciət göndərmişik. Lakin, müraciətimizə baxılmır. Hətta mənə deyirlər ki, burda qeyri-qanuni iş aparırıq. Lakin, özləri meşə ərazisində qeyri-qanuni tikinti işləri aparırlar. Hazırda da tikinti işləri davam edir. Tikinti işini aparanlar Meşə İdarəsinin ənəkdaşlarıdır. Qanunla dövlətin verdiyi torpaqda tikinti işləri aparmaq qadağandır.

Üstəlik də məni hədələyirlər. Onların tikinti işləri aparmasıyla bağlı əlimizdə yetərincə  faktlar da var. 1 saylı Ekologiya İdarəsindən Əlizamin müəllimin də qəbulunda olmuşam. Ona da sübutları göstərmişəm. Lakin, şikayətimə baxan yoxdur. Ekologiya nazirliyinə rəsmi olaraq bir neçə dəfə məktub da ünvanlamışam. Nazirlikdən 1 saylı Lənkəran Ekolgiya İdarəsinə yönəldilir. Ordan da şikayətimizə baxılmır. 2020-ci ildən bu günə kimi yüz mindən çox ağac kəsilib”.

lenkeran-sikayet2-696x928

lenkeran-sikayet4-225x300

lenkeran-sikayet6-225x300

lenkeran-sikayet9-225x300

P.S. Lənkəran rayonun Osaküçə kəndinin sakini Farid Həbibovun şikayəti ilə bağlı Lənkəran rayonun Regional meşə Təsərrüfatı və 1 saylı Ekologiya İdarəsilə əlaqə yaratmağa çalışsaqda bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən dövlət orqanlarınında nümayənlərinin münasibətin ictimailəşdirməyə hazırıq.

Mənbə hurriyyet.az

0.14628291130066