General Hodces Ermənistana məxsus texnikaların məhvi barədə: “Bu sadəcə “pilotsuz porno”dur - FOTO

General Hodces Ermənistana məxsus texnikaların məhvi barədə: “Bu sadəcə “pilotsuz porno”dur” - FOTO
 

 

Qərb hərbi ekspertləri Qarabağda Vətən müharibəsinin nəticələrini və Azərbaycan Silahlı Qüvvələri tərəfindən pilotsuz uçuş aparatlarının istifadəsini təhlil etməyə davam edir. Məsələn, “Defence News”un verdiyi xəbərə görə, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı General Ben Hodces Ermənistana məxsus tankların Azərbaycan pilotsuz təyyarələri tərəfindən məhv edilməsinin videosunu – “pilotsuz porno” adlandırıb.

“Qərbdəki hərbi qüvvələr Qarabağda ilk həqiqi “pilotsuz müharibə” adlandırılan keçən ilki münaqişədən dərs götürür”, - deyə “Defence News”un məlumatında bildirilib.

“Yayılmış video materiallardan məlum oldu ki, Türkiyə və İsraildən alınan Azərbaycan pilotsuz təyyarələri Qarabağda müharibə zamanı zirehli maşınlar da daxil olmaqla Ermənistanın quru birləşmələrini ciddi şəkildə məhv edir. Bu taktika aktiv şəkildə istifadə edildi və analitiklərin fikrincə, bu, Azərbaycanın qətiyyətli qələbəsinə böyük töhfə verdi”, - məqalədə deyilir.

0.32878708839417