ABŞ-da itkin düşən gəmiçilərin axtarışı dayandırıldı

ABŞ-da itkin düşən gəmiçilərin axtarışı dayandırıldı

 

ABŞ-da xilasedicilər Luiziana sahillərində çevrilən gəminin beş üzvünün cəsədini aşkar ediblər, itkin düşən səkkiz nəfərin axtarışı isə dayandırılıb.

“New York Times” xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, itkin düşən şəxslərin axtarışına Sahil Mühafizə Xidmətinin xilasediciləri və könüllülər qoşulub.

Axtarışların altı gün fasilə verilmədən aparıldığı bildirilir.

Xatırladaq ki, aprelin 13-də Luiziana sahillərində ticarət gəmisi qəzaya uğrayıb.

İnsident vaxtı gəminin göyərtəsində 19 nəfər olub. Onlardan yalnız altı nəfərin həyatını xilas etmək mümkün olub.

0.3556969165802