Bakıda avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb - FOTO

Bakıda avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb - FOTO

 

Bakıda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 10-XL-410 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü İsrafil Əliyev idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

 

0.39768195152283