Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib

 

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 346 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 20-də yoxlanış məqsədilə götürülən 322 128 testdən 61 028-i müsbət çıxıb.

Sutka ərzində 55 592 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 3 792 129 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3375 nəfərdir.

0.36454606056213