Erməni mövqelərinin acınacaqlı görünüşü: Yeni gerçəklik - FOTOLAR

Erməni mövqelərinin acınacaqlı görünüşü: Yeni gerçəklik - FOTOLAR
 

 

Sərhədlərin GPS ilə işarələnməsi nəticəsində Azərbaycan sərhədçilərinin Sünik şəhəri yaxınlığında yerləşən erməni postuna əhəmiyyətli üstünlük təmin edən mövqeləri müəyyənləşdirilib.

Caliber.Az-ın məlumatına görə, fotoşəkillə dəstəklənən müvafiq məlumatlar qısa müddətdə sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Bu məlumatlarda erməni mövqelərinin acınacaqlı vəziyyəti diqqəti daha çox cəlb edib. Torpaqla doldurulmuş avtomobil təkərləri, qum və palçıq yığınları, uğursuz şəkildə səngər qazmaq cəhdləri...

Ermənilərin özləri də həyatdan 70 il geri qaldıqlarını, bu cür “tikililərin” isə heç İkinci Dünya Müharibəsi dövründə də qurulmadığını etiraf edirlər.

 

0.73512601852417