Meteorologiyanın ətraf mühit və xalq təsərrüfatı üçün əhəmiyyəti

Meteorologiyanın ətraf mühit və xalq təsərrüfatı üçün əhəmiyyəti
 

İnsan onun həyat fəaliyyətini əhatə edən əsas ətraf mühit komponentləri günəş şüaları, torpaq, su havadır. Bunlardan birinin aşırı dərəcədə çirklənməsi canlı aləmin sağlıq problemləri yaşamasına, onlardan birinin itirilməsi isə canlı aləmin yoxa çıxmasına səbəb olur. Əvvəlki yazılarda həmin ətraf mühit elementləri barədə müxtəlif səpkili yazılar dərc etmişik. Bu gün həmin komponentlərdən biri olan atmosferin tədqiqi onun əhəmiyyəti barədə söhbət açacağıq. Atmosferi tədqiq edən elm kimi tanınan meteorologiya bir sıra ölkələrdə indiki dövürdə mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həm atmosfer fizikası adlandırılır. Hazırda meteorologiya elmi şaxələnərək, bir çox digər elmlərə inteqrasiya etməklə inkişaf edir. Onun yeni bölmələrini, alt sistemlərini yaradaraq  zənginləşməsi davam edir. Ənənəvi olaraq isə meteorologiya, əsasən iki istiqamətdə inkişaf edib: atmosferin çirklənmə səviyyəsinin ölçülməsi hava proqnozlarının verilməsi. Hər iki istiqamət insan həyatı fəaliyyətində çox mühüm əhəmiyyətə malikdir. Yer kürəsini əhatə edən qazvari təbəqə elmi ədəbiyyatlarda atmosfer adlandırılır. Bizi əhatə edən atmosferdə fasiləsiz olaraq mürəkkəb fiziki, kimyəvi, fotoeffektli proseslər gedir bu bizim müşahidə etdiyimiz vizual olaraq müşahidə edə bilmədiyimiz hava dəyişkənliyində özünü göstərir. Atmosferin yer səthinə ən yaxın qatlarını təşkil edən hava şəraiti onun kəskin dəyişmələri insan fəaliyyətinin müxtəlif sahələrinə ciddi təsir göstərir. Bu səbəbdən müxtəlif hava şəraitinin yaranma səbələrini atmosfer proseslərinin daxili mahiyyətinin öyrənilməsi müasir elmin qarşısında duran mühüm işlərdən biridir. Dünya ölkələrinin hər biri öz potensialına uyğun olaraq meteorologiya elminə töhfəsini verir. Lakin inkişaf etmiş Avropa Pribaltika ölkələri, ABŞ, Kanada, Yaponiya Çin alimləri bu istiqamətdə daha parlaq nəticələr əldə ediblər. Hər bir ölkə alimlərinin əldə etdikləri nəticələr demək olar ki, əsasən öz problemlərinə uyğun xarakterizə edilə bilər. Məsələn, Yapon alimləri daha çox atmosferdə zərərli şüalanma fonunun artmasına səbəb olan əlamətləri daha çox araşdırıblar. Bu istiqamətdə yaponlar o qədər dərin araşdırmalar aparıblar ki, hər bir fərdin orqanizminə uyğun şüalanma fonunu ölçmə qabiliyyətinə malik müxtəlif dəqiqlikli tezlikli cihazlar hazırlayıblar. Həmin ölçmə cehazları ötən əsrin əllinci illərində 1-1,5 kq ağırlığında idisə, hazırdan bu cehazların analoqunun çəkisi bir neçə qrama bərabərdir. İnsanlar həmin cihazları yaraşıqlı bir qələm kimi üstlərində asanlıqla gəzdirə bilirlər. Bu istiqamətin Yaponiyada belə sürətlə parlaq inkişaf etməsinə səbəb 1945-ci ilin 6-9 sentyabırında ABŞ-ın Naqasaki Xirosimaya atdığı ilk son atom bombaları oldu. Sözügedən şəhərlər bömbalandıqdan sonra onilliklər böyu həmin ərazilərdə şüalanma, radiasiya səviyyəsi insan həyatı üçün təhlükəli həddə olub. Ona görə yapon alimləri ölkə vətəndaşını bu zərərli şüalanmadan qorumaq məqsədilə həm atmosferin şüalanma fonunu tədqiq edib, həm bu şüalanmanı fərdi qaydada ölçən cihazlar hazırlamaq istiqamətində araşdırma aparıblar. Nəticədə indiki uğurlara imza ata biliblər.

Çin meteoroloqları daha çox atmosfer havasının çirklənmə səviyyəsinin ölçülməsi çirklənmənin səbəbləri barədə geniş elmi araşdırmalar aparıb. Çin alimləri atmosfer çirklənməsinə səbəb olan mənbələrin müəyyənləşdirilməsində ciddi nailiyyətlər qazanıblar. Çox maraqlıdır ki, çinli alimlərin nəticələrindən daha çox digər dünya ölkələri bəhrələnir. Çin hökuməti isə bu sahəyə vəsait xərcləməkdə maraqlı deyil. Baxmayaraq ki, sözügedən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən nəhəng sənaye kompleksləri atmosfer havasını aşırı dərəcədə çirklənməyə məruz qoyur.

Avropa Pribaltika ölkələri atmosfer çirklənməsinə qarşı mübarizədə yalnız araşdırmalar tədqiqatlarla qənaətlənmirlər. Bu ölkələrdə avtomobil mühərriklərinin atmosferə atdığı zərərli maddələrin sayını azaltmaq üçün yanacağın keyfiyyətini yüksəldir - daha qısa karbohidrogen zəncirinə malik yanacaq istehsal edir. Şəxsi minik avtomobillərindən istifadə edilməməsini stimullaşdıran layihələr həyata keçirir. Elektromobil hibrid avtomobillərin istehsalını stimullaşdırırlar. Bununla yanaşı bütün inkişaf etmiş dünya ölkələrində avtomobil parkının yenilənməsi daima diqqət mərkəzində olur. Bu ölkələrin əksəriyyəti ikinci əl avtomobillərin idxalına birmənalı olaraq qadağa qoyur, eyni zamanda yeni avtomobillərin idxalını müxtəlif üsullarla stimullaşdırırlar. Yalnız vacib ehtiyac yarandıqda ölkə daxilində istehsal edilən avtomobillərin analoqlarının idxalına daxili bazarı qorumaq məqsədi ilə müəyyən məhdudiyyətlər tətbiq edilir.

Bununla yanaşı, inkişaf etmiş dünya ölkələrində fəaliyyət göstərən bütün sənaye kompleksləri istehsal prosesi zamanı yaranan tullantıları birbaşa atmosferə atmırlar. Həmin tullantıların zərərsizləşdirilməsi üçün xüsusi qurğular inşa edilir, tullantılar yalnız zərərsizləşdirildikdən sonra atmosferə buraxılır. Lakin Çin, Rusiya bir sıra MDB ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən sənaye komplekslərinin əksəriyyətində tullantıların zərərsizləşdirilməsi üçün layihədə nəzərdə tutulan qurğular quraşdırılmır. Həmin sahibkarlar bununla guya xərclərinə qənaət edir. Amma anlamaq istəmirlər ki, onun atmosferə atdığı tullantılar bütün əhali ilə yanaşı, onun da övladları, yaxınları qohumlarının ömründən kəsir, onları xəstəliklərə düçar edir. Bu ölkələrin hökumətləri isə əsasən belə hallara göz yumur. Təcrübə göstərir ki, bu cür məsələlər sahibkarın vətəndaş vicdanının öhdəsinə buraxılmamalı, hökumətin ciddi nəzarəti altına olmalıdır. Şirkətlər qarşısında tullantıların zərərsizləşdirilməsi bir tələb kimi texniki şərtlərə salınmalı onun həyata keçirilməsi tələb olunmalıdır.

Məlumdur ki, bizi əhatə edən atmosferin yer kürəsində insanın həyatı fəaliyyəti üçün əhəmiyyəti çox vacibdir, canlı həyatın əsas komponentlərindən biridir. Atmosfer havasının tərkibindəki qazlardan biri olan oksigen canlı aləmin nəfəs almasına orqanizmdə davamlı şəkildə gedən biokimyəvi proseslərin - kimyəvi reaksiyaların baş verməsinə səbəb olur. Karbon qazından isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer, gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi kosmik şüalardan qoruyur. Atmosferin yuxarı qatları qısa dalğaları qaytardığına görə uzaq məsafələrlə radio rabitəsi yaratmaqda əsas rol oynayır.

Qeyd etdiyimiz kimi, meteorologiya elminin bir istiqaməti hava proqnozlarının tərtib edilməsi KİV-lər vasitəsi ilə əhaliyə çatdırmasıdır. Bu dünyanın inkişaf etmiş aparıcı ölkələrində daha səmərəli təşkil edilib. ABŞ, Kanada, Yaponiya, Çin, Avropa Pribaltika ölkələrində hava proqnozunun saathesabı vətəndaşlara çatdırılması çox yüksək səviyyədə təşkil edilib. Olduğu yerdən bayıra çıxan hər bir vətəndaş smartfonuna nəzər salmaqla bir saat ərzində hərəkət etdiyi ərazidə havanın vəziyyəti barədə məlumat ala bilir. Bu yalnız sadə vətəndaşlar üçün deyil, həm xalq təsərrüfatının iqlimdən asılı olan sahələri (kənd təsərrüfatı, tikinti, dənizçilik, dənizdə neft qaz hasilatı, balıqçılıq, yaşıllaşdırma s.) üçün çox böyük əhəmiyyət kəsb edir. Məsələn, payızda tarlada toxum səpməyə hazırlaşan fermer üçün hava proqnozunu bilmək olduqca önəmlidir. Çünki yağış yağacaqsa, toxum səpmək üçün tarlaya getməyin əhəmiyyəti yoxdur.

Azərbaycanda son on ildə bu istiqamətdə xeyli işlər görülüb, bölgələrdə onlarla hava proqnozu stansiyaları quraşdırılıb. Lakin proses hələ ölkənin bütün ərazilərini tam olaraq əhatə etməyib. Digər tərəfdən isə ötən ilki 44 günlük müharibə nəticəsində azad edilən yeddi rayonun ərazisində hava proqnozu məntəqələrinin qurulmasına ciddi ehtiyac var. Çünki, bu rayonların əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır.

Ölkəmizdə müasir tipli yeni hava proqnozu stansiyalarının quraşdırılması prosesi davam edir. Məsələn, ötən ay ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycanın Ekologiya Təbii Sərvətlər naziri Muxtar Babayevlə Şamaxı rayonunun Məlhəm kəndində hava proqnozu stansiyasının açılışında iştirak edib.

«Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir»,- deyə,  ABŞ səfiri bildirib.

Səfir Litzenberger iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb: "ABŞ-da olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq!".

Ekologiya Təbii Sərvətlər Nazirliyinin məlumatında isə deyilir ki, nazirlik tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın "Baron" şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb.

Nazirliyin məlumatına görə, ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeoloji təminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb. Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı Göygöl rayonlarında martın 9-da istifadəyə verilib.

 

Paralelin Araşdırma Qrupu

 

 Yazı  Azərbaycan Respublikası Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.10317492485046