Azərbaycan düşmənə baş əyməyəcək

Azərbaycan düşmənə baş əyməyəcək
 

Prezident tutduğu kursa vədinə sadiqdir

Azərbaycan dünyanın böyük dövlətləri sırasında yer almasa da, həmin dövlətlərlə bir sırada addımlayır. Prezident İlham Əliyevin rəhbərliyilə Qafqazın lider dövlətinə çevrilən ölkəmiz hazırda Şərqlə Qərbin, Şimalla Cənubun əlaqəçisi funksiyasını uğurla yerinə yetirir. Təsadüfi deyil ki, indi Azərbaycanı dünyada dialoq, ideya mərkəzi kimi tanıyırlar. İqtisadi imkişaf baxımından dünyanın inkişaf etməkdə olan dövlətləri arasında ön sırada gedən ölkəmizin dünyanın böyük güc mərkəzlərinin maraq diqqət mərkəzində olması, ilk növbədə, dövlətimizin iqtisadi gücü, əlverişli coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi ölkə Prezidentinin dünyada yeritdiyi balans siyasətilə sıx bağlıdır. Ölkəmizin 120 dövləti birləşdirənQoşulmama Hərakatına sədrlik etməsi hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun göstəricisidir. Ermənistanla Azərbaycan arasında 44 gün davam edən müharibənin qızğın məqamında BMT da ABŞ, Fransa, Rusiya digər ermənpərəst dövlətlərin təşkilatçılığı ilə ölkəmizin haqq işinə qarşı yönəlmiş qətnamə layihəsinin rədd edilməsi, məhzQoşulmama Hərakatının üzvü olan dövlətlərin müqavimətilə mümkün oldu.

Yaşlı nəsil öz gözü ilə görüb, gənclərimiz isə tarixdən bilir ki, ölkəmiz həmişə olduğu kimi, müstəqillik qazandığı gündən düşmən dövlətlər tərəfindən təhdid olunub, düşmən dövlətlərin köməyilə torpaqlarımızın 20 faizi Ermənistan kimi Aazərbaycandan qat-qat zəif olan, oyuncaq ölkə tərəfindən 30 ildən çox işğal altında qaldı. Bnunla kifayətlənməyən düşmən dövlətlər ölkəmizin daxili sabitliyini pozmaq məqsədilə silsilə təxribat törətdilər.

Düşmənə xidmət edən 5-ci kalonun üzvlərini ölkəmizin bütün idarəetmə pillələrinə yerləşdirməklə, dövlətimizin ahəngdar ritmini pozmağa çalışdılar, rüşvət korrupsiya mexanizmlərini işə salaraq, xalqı talamaqla, dövlət ilə xalq arasında ziddiyyət düşmənçilik yaratnağa cəhd etdilər. Ölkə Prezidentinə ailə üzvlərinə qarşı çirkin təbliğat işini həm ölkə daxilində, həm xaricdə təşkil etdilər.

Sevindirici fərəhli haldır ki, daxili xarici düşmənlərin törətdikləri təxribatlara təhdidlərə baxmayaraq, Azərbaycan Prezidenti ruhdan düşmədi güclü iradə nümayış etdirərək, daxili xarici siyasət kursuna sadiq qaldı, ölkəmizi bütün çətinliklərdən uğurla çıxarmağa kökləndi.

Ölkədə keçirilən dərin struktur kadr islahatları başlandığı kimi müvəffəqiyyətlə davam edir, ölkəmizdə dünyanı cənginə alan COVİD-19 pandemiyasının qarşısının alınması sahəsində müsbət addımlar atılır, sosial-iqtisadi duruma mənfi təsir edən amillərin qarşısı zamanında alınır, yaranmış çətin durumdan sui-istifadə edib, rüşvət korrupsiya vasitəsilə qazanc əldə edən yüksək vəzifəli şəxslər həbs olunur. Ölkə Prezidentinn təşəbbüsü ilə həyata keçirlən bütün tədbirlər beynəlxalq arenada ölkəmizin nüfuzunu yüksəldir.

Azərbaycan dövlətinin qazandığı uğrların səbəblərindən biri ölkə Prezidentinin qardaş Türkiyə prezidenti R.T. Ərdoğanla münasibətləri yüksək səviyyədə qurmasıdır! Türkiyə Azərbaycan dünyada qardaşlığın dostluğun ən yüksək zirvəsinə yüksəldiklərini beynəlxalq arenada birgə faəliyyət göstərməklə nümayiş etdirirlər. 44 gün davam edən Ermənistanın ağır məğlubiyyətilə yekunlaşan Rusiyanın müdaxiləsilə bitən Vətən Müharibəsində ölkəmizin qazandığı böyük zəfərdə qardaş Türkiyənin mənəvi dəstəyinin payı olduğunu ölkə Prezident bütün çıxışlarında vurğulayır!..

Hörmətli oxucu, ölkəmizin əldə etdiyi uğurlardan çox bəhs edə bilərəm hər bir insanımızın bu sahədə bilgili olduğunu nəzərə alıb, xalqımızı narahat edən bəzi nöqsanları qeyd etməyi vacib sayıram. Ölkəmizin qazandığı hər bir qələbə xalqımızı ruhlandırdığı kimi, məmur özbaşınalığı, rüşvət korrupsiya hallarının xalqımızı narahat etməsini xüsusi qeyd edirəm. Ölkə rəhbərinin həyata keçirdiyi dərin islahatların ölkədə xeyli müsbət təsirə malik olduğunu qeyd etməklə yanaşı, ciddi qanun pozuntularının-apteklərin dərmanın, bazar marketlərin isə ərzaq gündəlik təlabat mallarının qiymətlərini durmadan qaldırnası, dövlət orqanlarında əhalinin şikayətinə baxılmaması, məmur özbaşınalığının, rüşvət korrupsiyanın yenə şiddətlənməsinin, COVİD-19 virusundan müalicə alan xəstələrdən həkimlərin rüşvət alması hallarının insanların əsəblərini tarıma çəkdiyi hər yanda hiss olunur...

Ölkə Prezidentinin bəyan etdiyi mübarizə kursuna xəyanət edən məmurların həbs olunmasına baxmayaraq, yüksək vəzifəli şəxslərin xalqa qarşı etdiyi antihumanist hərəkətlərin çoxluğu hər adımbaşı təkrarlanır. Şəhid ailələrinə, müharibə əlillərinə veteranlarına məmurlar tərəfindən göstərilən sayğısızlıq halları çoxalıb. Xüsusən rayonların icra başçıları bu xoşagəlməz hərəkətlərilə öndə gedirlər. Rayonlardan redaksiyamıza daxil olan şikayətlərin sayı getdikcə artır. Bəzi bölgələrdə şəhid məzarlarının abidə qoyulmasına biganəlik göstərən rəhbər vəzifəli şəxslər insanlarda ciddi narazılıq yaradırlar...

Düşməndən söhbət açanda həmişə daxili düşmənlərin daha təlükəli olması barədə qeyd etmişəm. Daxili düşmənin xarici düşməndən daha təhlükəli olduğu heç kimə sirr deyil bu barədə çox yazılıb. Xalqımız çox həssasdır daxili düşməndən söhbət düşən kimi rüşvətxor məmurları göstərir. Hazırda ölkəmizin ən çətin bəlkə , həll olunması müm-künsüz görünən problemi, məhz rüşvətxor məmur problemidir! Bu problem barədə ölkə başçısı çox danışıb, çox deyib, ölkədə həbslər aparılıb. Lakin problemin həll olunduğu barədə qəti fikir söyləmək mümkün deyil.

Sonda Azərbaycan xalqının xarici, daxili düşmənə baş əyməyəcyinə inanan qələm sahibi kimi, düşmənlərin ölkəmizi içəridən dağıtmaq üçün göstərdiyi bütün cəhdlərin puça çıxacağına, daxili düşmənlərin ermənilər kimi, darmadağın ediləcəyinə xalqımızın bütün problemlərinin uğurla həll ediləcəyinə inanmaq istəyirəm...

0.52222585678101