İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb - RƏSMİ + FOTO

İşğaldan azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb - RƏSMİ + FOTO
 

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlarla bağlı yeni məlumat yayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 5-dən 10-dək Qarabağda 90 piyada əleyhinə mina, 47 tank əleyhinə mina və 435 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Nəticədə 60 hektardan çox ərazi minalardan təmizlənib.

 

0.48011517524719