Firdovsi Əliyev: “Ermənilər Cəbrayılda 100 min hektardan artıq ərazini məhv ediblər”

Firdovsi Əliyev: “Ermənilər Cəbrayılda 100 min hektardan artıq ərazini məhv ediblər”
 

 

“Ermənilər işğal zamanı Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində nazir müavini Firdovsi Əliyev deyib.

O qeyd edib ki, digər ərazilər kimi Cəbrayıl rayonu da uzun illər terrora məruz qalıb:

“Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub. Həmin ərazi 1970-ci ildə baramaçılığın inkişafı üçün yaradılmışdı. Cəbrayıl rayonu işğala qədər ildə 240 ton barama istehsal edib.

Ermənilər bu tut bağlarını məhv edib, bir dəfə deyil, dəfələrlə yandırıblar. İşğala qədər Qubadlı rayonu ildə 70, Zəngilan 98, Cəbrayıl isə 240 ton barama istehsal edib”.

F.Əliyev bildirib ki, ermənilər Cəbrayıl rayonunda 100 min hektardan artıq ərazini dəfələrlə yandırıb, məhv ediblər. Dünya ictimaiyyəti bu terroru görməlidir.

İlhamə Əbülfət

0.51431894302368