Rusiyalı jurnalistin araşdırması: Xocalı və Gəncə soyqırımı taktikası - VİDEO

Rusiyalı jurnalistin araşdırması: Xocalı və Gəncə soyqırımı taktikası - VİDEO
 

 

Rusiyalı jurnalist, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Gəncə şəhərinə səfəri ilə bağlı süjet hazırlayıb.

Süjetdə ermənilərin Xocalı faciəsində olduğu kimi Gəncə şəhərinə hücum zamanı da silahsız, dinc əhalini hədəf seçdiyi və bilərəkdən raket zərbələrini gecə saatlarında endirdiyini bildirilib.

Rusiyalı jurnalist həmçinin işğaldan azad olunmuş ərazilərdə erməni vandallığının əks olunduğu kadrları yayımlayıb və dağıntıların miqyasına diqqət çəkib. O, erməni hərbi birləşmələrinin dini abidələrimizi necə təhqir etməsini göstərib, Azərbaycan tərəfində isə əksinə, digər dinlərə mənsub insanların həmrəylik içində necə yaşamasını nümayiş etdirib.

0.49476099014282