TRT World”: “Dinc sakinlər hələ də erməni işğalının nəticələrindən əziyyət çəkirlər” - VİDEO

“TRT World”: “Dinc sakinlər hələ də erməni işğalının nəticələrindən əziyyət çəkirlər” - VİDEO
 

 

Türkiyənin “TRT World” telekanalı Qarabağ münaqişəsindən sonra erməni minalarından əziyyət çəkən dinc sakinlər barədə süjet hazırlayıb.

Süjetdə müharibənin bitməsinə və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinə baxmayaraq, mülki şəxslərin hələ də işğalın fəsadları ilə üz-üzə qaldığı bildirilir.

Süjetin qəhrəmanı 32 yaşlı Asifdir. O, bu ilin əvvəllərində böyük qardaşı Yasini xilas edərkən, minaya düşərək sol ayağının bir hissəsini itirib və indi yeni həyata uyğunlaşmağa çalışır.

Daha ətraflı “TRT World”-ün süjetində:

 

0.48761415481567