Azərbaycan faunasının talanına "yox" deyək!

Azərbaycan faunasının talanına

Su quşlarının kütləvi ovlanması onların ildən-ilə sayının azalmasına səbəb olur

 Təzəcə yola saldığımız mart ayının son həftələri ərzində ölkə mediasının gündəmini ətraf mühitə qarşı xarici turistlərin davranışları barədə xəbərlər zəbt etdi. Ətraf mühit fəallarından biri olan Cavid Qaranın Acınohur Dövlət Yasaqlığında ərəb turistlərin ov səhnələrini lentə alması nazirlik rəsmilərini, ərəblərin davranışları isə ölkə ictimaiyyətini hiddətləndirdi. Bu hadisə ətrafında başlanan müzakirə Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən sahibkarlarının ətraf mühiti qorumağa məsul olan dövlət adamlarının təbiətə münasibətinə xeyli aydınlıq gətirdi. Məlum oldu ki, Azərbaycanda yalnız ərəblər deyil, ov etmək imkanı olan bütün vətəndaşlarımız ölkə faunasını talamaqla məşğuldur. Kimi Xəzər dənizinin balıq su quşları ehtiyatlarını, kimi çaylardakı balıqları, kimi qoruqlara süni şəraitdə yetişdirilərək buraxılan ceyran cüyürləri necə gəldi ovlamaqla talayır. İnsanlar arasında ətraf mühitin imkanları - onun tükənə bilməsi, qayğıya ehtiyacı olması barədə  maarifləndirmə işi aparılmadığından, cəmiyyət gözləri önündə talanan təbiəti biganəliklə seyr edir. Müxtəlif quş digər canlıların ovlanması ilə ailə dolandıran, bu işin biznesi ilə məşğul olan insanlar, əslində cəmiyyət tərəfindən təpkiyə, qınağa məruz qalmalıdır, tənqid hədəfinə çevrilməli, onların qanun qarşısında cavab vermələrində maraqlı olmalıdırlar. Yeri gəlmişkən qeyd edim ki, qeyri-qanuni ov - "brokonyer"lik fəaliyyəti bütün dünyada mövcuddur, amma inkişaf etmiş, sivil cəmiyyətə malik ölkələrdə bu növdən olan fəaliyyətə qarşı çox ciddi mübarizə gedir. Bu işdə cəmiyyətin demək olar ki, hər bir fərdi hökumət nümayəndələrinə yardımçı olur. Hər kəs öz ərazisində bir nəzarətçiyə çevrilir ki, heyvanlar qeyri-qanuni ovlanmasın. Çünki belə cəmiyyətlərdə maarifləndirmə işi çox yüksək səviyyədə aparıldığından onlar anlayır ki, normadan artıq ovlanan hər bir heyvan bəşəriyyətin evi sayılan Yer kürəsini fəlakətə sürükləyə bilər.

Bu xüsusda Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti düşünür, qeyri-qanuni olaraq heyvan ovu ilə məşğul olan insanlara münasibət necədir? Almaniyada, Fransada, Avstriyada s. Avropa ölkələrində vətəndaş biləndə ki, qonşusu qeyri-qanuni olaraq kiçik bir quş ovlayıb, həmin vətəndaş bu barədə müvafiq orqanlara məlumat verməyi özünə borc bilir. Vətəndaşlar tərəfindən belə adekvat addımlar Avropada bütün qeyri-qanuni hərəkətlərə şamil edilə bilir bu bir normaya çevrilib. Hətta, belə qeyri-qanuni əməlləri bilib, dövlət orqanlarına məlumat verməyən vətəndaşlar belə, qanun bir yana, daha çox cəmiyyətin qınağından, təpkisindən qorxur. Çünki belə adamlara Avropada vətəndaşlar, hökumət heç vaxt  etimad göstərmir, etibar etmir. Azərbaycanda isə quş ovlayıb ailəsini dolandıran adamlara təkcə qonşuları deyil, bütün onu tanıyanlar belə, hörmətlə yanaşır, fərasətli adam kimi tanıyır - filankəs daşdan çörək çıxardır s. Belə adamlara ona görə hörmətlə yanaşırlar ki, birincisi onun gördüyü işi hələ cəmiyyət anlamır - düşünürlər ki, Allahın heyvanıdı, ovlanacaq, yenə artacaq, tükənməz sərvətdir. Amma bu çox yanlış qorxulu düşüncə tendensiyadır. Bu düşüncəyə malik olan cəmiyyətdə ətraf mühit faunasını qorumaq heç cür mümkün deyil. Buna görə , cəmiyyətin dəstəyi belə məsələlərdə həlledici rol oynamalıdır. Onlarla nəzarətçi dövlət məmuru eyni anda təbiətə hücum çəkən yüzlərlə "brokoner"i necə nəzarətdə saxlaya, onlara qarşı mübarizə apara bilər? Onu daima nəzərə almaq lazımdır ki, belə adamlar adətən silahlı olur onları tərkisilah etmək olduqca təhlükəlidir. Bununla yanaşı bizim ətraf mühit nəzarətçilərimizin aylıq əmək haqqı da, o qədər aşağıdır ki, onlara qeyri-qanuni ovla məşğul olan vətəndaşlara qarşı mübarizə aparmaqdansa, onlarla işbirliyinə getmək, ətraf mühiti talamaq, viran qoymaq bahasına ailəsini dolandırmaq daha sərfəli görünür. Çünki həmin nəzarətçilər bu cəmiyyətin bir üzvüdür, digərlərindən daha çox bilgiyə malik olmasına baxmayaraq, düşünür ki, "Don Kixot"luq etməyə dəyməz.

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən böyük şirkətlər ətraf mühit florasını faunasını talamaqları bir yana, onlar əməlləri ilə ölkənin beynəlxalq nüfuzuna da sarsıdıcı zərbələr vururlar. Belə ki, respublikanın iri turizm şirkətləri dünyanın Azərbaycanın "Qırmızı kitab"ına düşmüş nadir quş növlərinin ovlanmasını öz saytlarında yerləşdirdikləri video-çarxlar vasitəsi ilə reklam edirlər. Yəni həmin turizm şirkətləri belə quş digər nadir heyvan növlərini ovlamağı özünə xobbi seçmiş insanlara çağrış edirlər ki, başqa ölkələrdə ovlaya bilmədiyiniz heyvanların ovlanması üçün Azərbaycanda sizə istədiyiniz şəraiti yaradırıq. Bu o deməkdir ki, Azərbaycan sahibkarı qanunları ayaqlar altına atmaqla pul qazanmaqdan belə çəkinmir. Düzdür, belə turizm şirkətlərinin sözçüləri adətən açıqlamalarında israr edirlər ki, saytda yerləşdirilən video-çarxlardakı ov səhnələri rəqəmsal proqramlar vasitəsi ilə hazırlanıb. Bu bəlkə belədir, amma həmin ov səhnələrini görüb, məhz ona görə gələn turistlər şirkətdən ova çıxmağı tələb edəcəklər. Ərəblərin Acınohur olayı da sübut etdi ki, şirkətlər bu tələb qarşılığında müştərilərinə şərait yaradırlar.

Qeyri-qanuni heyvan ovu - istər qeyri-mövsüm dönəmində, istərsə ova hüququ olmayan vətəndaşlar tərəfindən ovlanması heyvanların nəslini davam etdirmək imkanlarını həm  məhdudlaşdırır, həm tükəndirir. Ona görə ki, hazırda belə ov kampaniyası kütləvi şəkildə həyata keçirilir. Məsələn, cənub bölgəsində qış mövsümü ərzində, aprel ayının əvvəllərinə qədər su quşları kütləvi şəkildə amansızlıqla ovlanaraq bazaralara çıxarılır. Əvvəllər belə ovlanan quşlar paytaxt bazarlarda da satılırdı. Amma indi onların təbiətdə populyasiyalarının sayı azaldığından ovlanmaq imkanları da tükənməkdədir, artıq ovçular dənizdə ördək tapa bilmirlər ki, ovlasınlar. Bu artıq təhlükəli tendensiyanın sürətlənməsindən xəbər verir. Vəhşi təbiətdə heyvanların nəsil artırma imkanları təbii olaraq elə nizamlanıb ki, bütün itkilərə rəğmən nəsil artımı davam etsin. Lakin antropogen amil aşırı dərəcədə yüksəldikdə növlərdən hansı birisə sıradan çıxır. Növlərdən birinin sıradan çıxması isə vəhşi təbiətin qida zəncirinin pozulmasına gələcəkdə bigər növlərin yavaş-yavaş yox olmasına gətirib çıxarır. Məsələn, 60- illərdə Şimali Amerika meşələrində çeyran antilopların kütləvi şəkildə ovlanması onların həmin meşələrdə nəslinin kəsilməsinə səbəb olub. Bunun ardınca isə pəncəli yırtıcılar -  pələng bəbir populyasiyaları kütləvi surətdə qırılmağa başlayıb. Kanadalı ekoloqların apardığı tədqiqatlar nəticəsində bəlli olur ki, pəncəli yırtıcıların kütləvi tələf olmasına səbəb aclıqdır. Ekoloqlar bir neçə il həmin meşələrə iri gövdəli müxtəlif heyvanlar buraxıb ki, yırtıcılar onunla qidalana bilsin. Sonrakı dövrdə isə süni şəkildə yetişdirilən ceyran antiloplar kütləvi şəkildə təbiətə buraxılıb ərazidə heyvan ovuna qəti qadağa qoyulub. Hazırda Azərbaycanda kütləvi şəkildə ovlanan heyvan növləri hansısa digər növlərin qida mənbəyidir. Qida mənbəyi olan heyvan növlərinin ovlanaraq sıradan çıxarılması ondan bəhrələnən, qidalanan növlərin yox olmasına səbəb olur. Beləcə ətraf mühitdəki heyvanat aləminin qida zəncirinin pozulması da öz növbəsində bu ərazilərdə bütünluklə flora faunanın məhv olmasına gətirib çıxara bilər. Görünəni odur ki, hazırda ölkəmizdə bu proses geniş şəkildə inkişaf etməkdədir. Lakin təəssüflə qeyd etməliyik ki, nədənsə bu tendensiya tədqiq edilmir, bu barədə real hesabatlar hazırlanmır. Məhz bu səbəbdən bizim üçün hələ aydın deyil ki, respublikanın yasaqlıqlarında, digər meşələrdə, dənizdə çay kənarlarında hansı heyvan növlərindən qədər qalıb, hansıları isə ümumiyyətlə yoxa çıxıb. Proses bu cür davam etsə, bir neçə ildən sonra Azərbaycan əhalisi ümumiyyətlə quş səsinə həsrət qalacaq.

Nəzəri baxımdan bütün heyvan növlərinin köç, balaqoyma heyvanın qidasının qıt olduğu mövsümlərdə ovlanması qadağan edilir. Ölkəmizin ərazisində yaşayan quşlar adətən erkən yaşda balavermə mövsümünə başlayır. Bu dövrə qədər isə təxminən yanvar ayının sonu, fevral ayının əvvəllərində quşların qidadan korluq çəkdiyi dönəm başlayır. Bunu əsas götürərək, bəzi quş növlərinin yanvar ayının əvvəllərinə, bəzilərinin isə fevral ayının sonuna qədər ovlanmasına icazə verilir. Fevral ayının sonundan başlayaraq quşların ov mövsümü başa çatır. Fevral-mart ayı aclıq dönəmi, aprel-iyun ayları isə balaqoyma mövsümü hesab edilir. Artıq sentyabr-oktyabr aylarında yeni nəsil yetkinləşir ki, bu dönəmdə ov mövsümü başlayır. Bu istiqamətdə geniş araşdırmalar aparılmalı, hər bir ov quşu digər ov heyvan növlərinin il ərzində vegitativ həyatı çoxalma sayı dəqiq öyrənilməlidir. Bunun ardınca həmin heyvanların hər biri üçün konkret tarixləri göstərilməklə ov mövsümləri bir ovçunun hansı növdən qədər ovlaya biləcəyi kvota müəyyənləşdirilməlidir. Bəzi Avropa ölkələrində birlikdə ova çıxan ovçular biri digərinin kvotasından istifadə edə bilər, bəzi ölkələrdə isə bu qadağandır. Bu o deməkdir ki, eyni vaxtda ova çıxan iki ovçunun hərəsi səkkiz ördək ovlamaq hüququna malikdirsə, onlar ikisi birlikdə razılaşaraq 16 ördək ovlaya bilər. Amma yuxarıda qeyd etdiyim kimi, bəzi ölkələrdə buna icazə verilmir, hərə yalnız özü öz kvotasından istifadə edə bilər. Respubilkamızda qüvvədə olan qanunlarda digər hüquqi-normativ aktlarda da təxminən bu qaydalar bir qədər yayğın şəkildə əksini tapıb, lakin bu yayğın qaydalara belə, heç kim əməl etmir. Əsasən , su quşları kütləvi şəkildə ovlanır ki, bu da onların ildən-ilə sayının azalmasına səbəb olur.

 

Paralelin Araşdırma Qrupu

Yazı  Azərbaycan Respublikası Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.27803802490234