Ax karona, karona!

Ax karona, karona!
 

Müasir səhiyyə insanların müalicəsinə yox, biznesə xidmət edir

qədər ki bu karona bizim yaxamızdan əl çəkməyib, biz yazarlar da yəqin ki, ondan yazmaqdan əl çəkməyəcəyik. Bu il, artıq karonanın 1 illik yubileyini qeyd etdik. Hazırda bəzi "ağıllılar" bu yubileylərin sayının daha çox ola biləcəyini iddia edirlər. Lakin bu "ağıl" sahibləri karonanın yayılmasından (dünyaya gəlməsindən yazmıram, çünki bu haqda hələ dəqiq bir məlumat yoxdur) bir il keçməsinə baxmayaraq, hələ onun mənşəyini, təsir gücünün nədən qaynaqlandığını tədqiq edərək öyrənə bilməyiblər. Bu bir il ərzində koronadan danışanların hamısı (bir neçə nəfər istisna olmaqla) ehtimallarla danışırllar ki, bu da insanlar arasında daha çox çaşqınlıq inamsızlıq yaradır.

Onu da qeyd edim ki, yazdıqlarımın hamısı mənim şəxsi müşahidələrimin təhlillərimin nəticəsidir. Hələ koronavirusa qarşı ilk tədbirlərin görüldüyü gündən qeyd etmişəm ki, bu virusa qalib gəlməyin yeganə yolu insanın immun sisteminin gücləndirilməsidir. Yəni mən bir fərd olaraq bu virusun elan edildiyi qədər təhlükəli olduğunu düşünmürəm. Bu bir ildə baş verənlər mənim haqlı olduğumu təsdiq etdi. Yəni korona adında bir virus mövcuddur, lakin dünyanı bu dərəcədə qorxuya salacaq bir gücdə deyil.

Bu gün bütün dünya səhiyyəsinin diqqəti koronavirusa qarşı mübarizəyə yönəldiyindən, dünyanın müxtəlif yerlərində digər epidemiyalar baş qaldırmağa başlayıb. Onların arasında  "kütləvi psixoz" "vərəm" daha qabarıq şəkildə özünü göstərir. İndi bir çoxları son illər intihar hallarının atmasından danışır. Bunun da əsas səbəbi heç şübhəsiz kütləvi psixozdur. Bu səbəbdən hesab edirəm ki, dünya dövlətləri, eləcə Azərbaycan hökuməti müxtəlif dərman vasitələri, vaksinlər s. üçün yüz milyonlarla vəsait xərcləməkdənsə, insanların immun sistemini gücləndirməyin yollarını tapmalıdırlar. Bu yolla da kütləvi psixozun qarşısı alınmalıdır. Bu gün tətbiq olunan metodlar isə əksinə, kütləvi psixozun atmasına xidmət edir.

Lakin təəssüflər olsun ki, bu gün bir çox dövlətlər karonaya qarşı mübarizədə karantin rejiminin sərtləşdirilməsini çıxış yolu kimi görürlər ki, məncə bu çox yanlış yanaşmadır. Əksinə, bütün olub-bitənlərdən sonra insanların normal həyata qayıtmaları üçün xüsusi proqramlar hazırlanmalı, insanlar arasında bu kimi viruslardan qorunmaq üçün hansı metodların daha effektiv olması barədə maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda isə istənilən sahədə aparılan maarifləndirmə işləri, "pul silmək" üçün bir vasitədir. Belə ki, bəzi "ağıllıların"  telekanallara çıxaraq, insanlar arasında çox geniş maarifləndirmə işlərinin aparıldığı barədə ağzı köpünlənə-körüklənə danışdıqlarının isə heç bir əsası yoxdur. Bu danışılanların başdan-ayağa yalan olduğu da, heç kimə sirr deyil. Amma onlardan bir soruşan yoxdur ki, bu tədbirləri zaman, harada keçirmisən bu tədbirdə neçə nəfər iştirak edib?

Sadəcə, söz xatirinə söz, kimdir onları yoxlayan...

Mən bu ölkənin vətəndaşıyam. 30 ildən artıqdır ki, ölkəmiz müstəqillik əldə edib. Bu illər ərzində çox kataklizmalarla üzləşmişik. Hər dəfə maarifləndirmənin əsas stimulverici tədbirlər olduğunu deyd edirik. Lakin bu tədbirlərin kim tərəfindən, harada vaxt keçirildiyni heç kim bilmir. Mən, şəxsən bu qənaətdəyəm ki, bugün koronavirusun qarşısını almaq üçün görülən tədbirlərin heç bir səmərəsi yoxdur. İnsanları evlərinə qapatmaqla, maskalamaqla, cərimələməklə bu virusun qarşısını ala bilməyəcəksiniz cənablar, bunu birdəfəlik anlamaq lazımdır!

Əgər həqiqətən insanları düşünürsünüzsə, qayıdın 2020-ci ilin fevral ayına, bütün məhdudiyyətləri s. qadağaları ləğv edin, qoyun insanlar öz həyatlarını istədikləri kimi yaşasınlar. Hər hansı bir xəstəliyi olan insana qarşı isə həssas olun, onları biganəliyin qurbanına çevirməyin, onların elə evlərində müalicə olunmalarına şərait yaradın.

gün tələb olunan əsas qanun səhiyyə sisteminin ciddi nəzarət altına alınmasıdır. Apteklərdə qiymətlərin həddən ziyada yüksək olması, insanların bu dərmanlardan yararlana bilməməsi ciddi problemdir. Mən hələ ölkədə tuğyan edən saxta dərman mafiyasından danışmıram. Apteklərdə dərmanlar başqa ölkələrlə müqayisədə 10, hətta 20 qat bahasına satılır. Səhiyyə Nazirliyi isə iddia edir ki, apteklərin qiymət siyasətinə müdaxilə etmək hüquqları yoxdur.

Təsəvvür edin ki, eyni bir dərman (məsələn, vitamin D) bir aptekdə 15, 20 manata , başqa aptekdə 9 manata satılır, bu deməkdir? Belə halda insanlarda da şübhə yaranır ki, 9 manata satılan dərman yəqin saxtadır. Dərman mafiyası da insanların bu psixoloji düşüncəsindən məharətlə istifadə edərək dərmanları istədikləri qimətə satışa çıxarırlar. Buna kimsə nəzarət etməlidir, yoxsa-yox?

Talançılığın vicdansızlığın başqa bir faktı:- MRT adlanan bir aparatdan keçmək dövlət müəssisəsi adlanan xəstəxanalarda vətəndaşa 90-120 manata (baxır xəstəxana rəhbərliyinin insafına) özəl diaqnostika mərkəzlərində klinikalarda isə 200 manata başa gəlir. Bu o demək deyil ki, həmin aparatlar xəstəyə dəqiq diaqnoz qoyur, əsla yox! Bu aparat vasitəsi ilə sadəcə olaraq insanları talayırlar. Özəl klinikalar isə tam olaraq nəzarətdən kənardadırlar.

Görünəni odur ki, bu gün, ümumiyyətlə dünya səhiyyəsi insanların müalicə olunmasında maraqlı deyil. Məhz bu səbəbdən , hazırda ölkəmizdə fəaliyyət göstərən bütün xəstəxana klinikalar xəstələrlə doludur. Belə şəraitdə isə nəinki korona, istənilən digər bir virusa, yaxud infeksiyaya yoluxmaq heç gözlənilməyən bir hal deyil. Təsəvvür edin ki, müxtəlif xəstəliklərin daşıyıcısı olan xəstələr, eyni bir mühitdə saatlarla növbə gözləyir. Burada tam sağlam insan belə, xəstəlik tapar.

Buna görə bir daha qeyd edirəm ki, dünya səhiyyə sistemi xəstələrin müalicəsinə yox, biznesə xidmət edir. Azərbaycan da dünyanın bir parçası, eyni zamanda rüşvətə meyilli bir toplum olaraq, burada da səhiyyə biznesi, artıq çox geniş şəbəkə formasını alıb hətta dövlət tibb müəssisələrini belə, öz şəbəkələrinə qata biliblər. Bu da qaçılmaz bir prosesdir çünki hamı yaxşı yaşamaq, çox pul qazanmaq istəyir. Heç şübhəsiz ki, dövlət tibb müəssisəsində çalışan bir professor, özəl klinikada çalışan tibb bacısından az maaş alırsa, o mütləq bu fərqi rüşvətlə kompensasiya edəcək. Son zamanlar isə bu vəziyyətdən çıxış yolu kimi, rüşvətin leqallaşdırılması prosesinə start verilib. Bir çox dövlət tibb müəssisələri "publik şəxs" statusu alaraq rüşvət üçün geniş meydan açılıb.

Ax karona, karona sən bizim üçün daha hansı sürprizlər hazırlayırsan, yoxsa tezliklə çıxıb gedəcəksən? "Bublik" şəxslər barədə gələn görüşlərimizdə inşəallah!

0.034458160400391