Ağıllı kənd, yoxsa ağıllı məmur?!

Ağıllı kənd, yoxsa ağıllı məmur?!
 

Azərbaycana hansı daha çox lazımdır?

Mən hər dəfə yazılarımda qeyd edirəm ki, məni bir yazar olaraq (insan olaraq yox) insanların şəxsi həyatı əsla maraqlandırmır. Çünki hər bir insan cəmiyyətin qəbul etdiyi etik norma qaydalar, eyni zamanda qanunlar çərçivəsində istədiyi kimi yaşamaq hüququna malikdir. Yəni hər hansı bir insanın şəxsi həyatına müdaxilənin özü belə, cinayət məsuliyyəti yaradır. Lakin bir şeyi dəqiq bilmək lazımdır ki, dövlət məmurları, yaxud seçkili orqanlarda çalışan məmurlar, artıq ictimai şəxsdir onun fəaliyyəti ictimaiyyətin nəzarətində olur. Bu səbəbdən həmin şəxslər öz fəaliyyətləri şəxsi həyatları arasında müəyyən sədlər qoymaq zorundadırlar. Məmur statusu daşıyan hər kəs öz ictimai vəzifəsini yerinə yetirərkən ilk növbədə dövlətin vətəndaşların mövqeyindən çıxış etdiklərini yadlarından çıxarmamalıdırlar. Bu şəxslər maddi məsuliyyətli işlərdə çalışırlarsa, daha yüksək instansiyadan həmin vəzifəyə təyinat alırlar dövlət idarəçilik sisteminin bir həlqəsinə çevrilirlər.

Dünyanın bir çox yerlərində məmurların təyinatı əsasən təqdimatla həyata keçirilir. Məsələn, ümumxalq səsverməsi yolu ilə prezident seçilən şəxs, öz komandasından olan birini baş nazir olaraq - Senata, Parlamentə, Radaya, Dumaya s.-bizim halda isə Milli Məclisə təqdim edir. Bu təqdimat qəbul olunarsa, prezident nazirlər kabinetinin formalaşdırılması üçün baş nazirə müddət verir. Beləliklə, dövlətin idarəetmə strukturu formalaşır.

Burada bir məqamı da qeyd edim ki, nədənsə bizdə bütün bu qaydalara normalara məhəl qoyulmur. Yəni, nəinki nazirlər, hətta icra hakimiyyətinin başçılarını belə, şəxsən prezident təyin edir. Son təyinatlar zamanı prezidentin onları şəxsən qəbul edib, hansı tapşırıq tövsiyyələr verdiyinin hər birimiz şahidi olduq.  Burada ən maraqlı məqam odur ki, vəzifə təyinatı alan məmurlar az bir müddət sonra prezidentin tövsiyyə tapşırıqlarını yaddan çıxararaq, özünün qanundankənar əməllərinə görə vəzifəsindən uzaqlaşdırılan sələfinin səhvlərini təkrarlamağa başlayır. Bununla da həmin bölgədə, rayonda ölkənin idarəçilik sisteminə, dövlət quruluşuna, dövlət başçısına olan inam etibarı sarsıdırlar. Bu isə həmin məmurları əsla narahat etmir. Hər kəs öz sahəsində talançılığı, rüşvətxorluğu, inhisarçılığı, korrupsiyanı digər qanundankənar əməllərini davam etdirirlər.

Keçək əsas məsələyə. Yadınızdadırsa, təxminən 2007-ci ildə ölkəmizdə Nəqliyyatın İntellektual İdarə olunması layihəsinin həyata keçirilməsinə start verildi. Yüz milyon dəyərində olan bu layihənin icrası, o zamanlar nəqliyyat naziri olan Ziya Məmmədova tapşırıldı. Həmin layihənin digər bu kimi yüksək dəyərli layihələrin Ziya Məmmədov tərəfindən necə həyata keçirildiyini bu gün ölkəmizdə hər kəs çox gözəl bilir. Ona görə geniş şərhə heç bir lüzüm görmürəm. Ən əsası layihə yarımçıq qaldı Ziya Məmmədov da bütün pulları  "xırd" etdikdən sonra vəzifəsindən uzaqlaşdırıldı. Deyilənlərə görə, bu mötəbər şəxs hazırda Ucar rayonunda toyuq-cücə saxlamaqla həyatını davam etdirir. Yəqin ki, dövlətin ona verdiyi pensiyası dolanışıq üçün yetərli deyil, yaxud hələ pensiya yaşına çatmadığından toyuq -cücə saxlamaqla dolanmaq zorundadır. Allah bərəkət versin!

30 ilə yaxın davam edən Qarabağ problemi prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi diplomatık addımları ilə 44 -gündə Zəfər Qələbəsi ilə başa çatdı. Ali baş Komandanın siyasətini döyüş meydanında gerçəkləşdirən Azərbaycan Ordusunun hər bir əsgər zabiti böyük rəşadət nümayiş etdirərək bu Qələbəmizi təmin etdilər. Düşmən tapdağı altında olan torpaqlarımızın böyük bir qismi azad olundu.

Bu gün qarşıda duran əsas vəzifə ermənilər tərəfindən viran qoyulan yurd yerlərimizin bərpa olunmasıdır. Dünyanın hər yerində belə viran qoyulan yerlərin tam bərpası üçün hazırlanmış mükəmməl layihlər var. Biz onlardan yararlanaraq  özümüzün milli xüsusiyyətimizə uyğun layihələr hazırlayıb gerçəkləşdirə bilərik. Bunun üçün isə həmin layihələri gerçəkləşdirmək gücündə olan məmurlar lazımdır.

Hazırda Qarabağın bərpasından söz düşdükdə daha çox "ağıllı" kənd, qəsəbə, şəhər ifadələri dilə gətirilir. Bu da istər-istəməz insanların yaddaşına Ziya Məmmədovun "Ağıllı şəhər" layihəsini nəticələrini gətirir, eyni zamanda sual olunur- Azərbaycanda bu kimi layihələri sidqi-ürəkdən həyata keçirə biləcək məmur varmı?

 Elə məmur varmı ki, bu məmləkətdə gözü tox olsun, xalqın dövlətin malına xor baxmasın, əli harama uzanmasın?

Elə bir məmur varmı ki, bu məmləkətdə otuz il düşmən tapdağı altında əzilən torpaqlarımıza məlhəm olsun, sözun bütün mənalarında bu torpaqlara halallıq gətirsin?

Mən hər zaman insanlara inanmağa çalışıram çox təəssüflər ki, hər dəfə aldanan tərəf oluram. Məhz bu səbəbdən , Azərbaycanda Vətən, Xalq təəssübünü çəkən bir məmurun olduğuna inanmıram. Bir müddət əvvəl prezident İlham Əliyev çox əsəbi şəkildə bu məmurlar çetesinə öz yerlərini göstərməsi , onu deməyə əsas verir ki, bu məmləkətdə məmur statusunda olan heç bir kəsin nəfsinin hüdudu yoxdur. Onlar son 20-30 ildə özlərinin yaratdıqları məmur monopoliyasına pulun gücünə o qədər inanırlar ki, Allahdan, prezidentdən, qanunlardan qorxurlar.

Mənə belə gəlir ki, Qarabağın tam bərpası üçün bizə pul-para, "ağıllı" layihələr lazımdır. Bizə lazım olan ağıllı məmurlardır ki, qəlblərində Vətən, Xalq eşqi yansın. Vətənə, Xalqa xidməti, şəhid qardaş- bacılarımız kimi, özlərinin şərəf işi bilsinlər.

Bu gün həmin ağıllı kənd, şəhər layihələri ətrafında fırlanan pullu qohumları, dostları görəndə, bu layihələrin ağıllı olacağına heç bir ümid yeri qalmır.

 

P.S. Azərbaycanda elə bir idarəetmə institutu yaradılmalıdır ki, o, sadəcə məmur yox, ağıllı məmur yetişdirsin. Bu gün üzdə olan məmur nümunəsi, əslində xalqı inkişafa yox, tənəzzülə aparır. Bunları tarixin arxivinə göndərməyin vaxtı çoxdan çatıb.

0.041529178619385