Kəbirə Məmmədovadan DTX sədri Əli Nağıyevə şikayət var

Kəbirə Məmmədovadan DTX sədri Əli Nağıyevə şikayət var
 

Tanınımış işadamı Kəbirə Məmmədova tərəfindən aldadılaraq, 220 000 (iki yüz iyirmi min) dollar pulunu vermədiyi ağsaqqal, açbirçək ər-arvad Nəsib və Suqra Daşdəmirovlar 6-ci dəfə ölkə başçısı, cənab İlham Əliyevə, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevə şikayət məktubu ünvanlayıblar. 

Şikayət məktubunun bir nüsxəsi də saytımızın redaksiyasına göndərilib. Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir: 

Hörmətli, cənab Prezident,

Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə, idraka sığmır. Prezidentliyiniz illərində uzaqgörən müdrik siyasətiniz nəticəsində müasir tələblərə uyğun 3 mindən artıq məktəb, 100-lərlə səhiyyə müəssisələri, idman kompleksləri və çoxlu sayda sosial təyinatlı digər obyektlər tikilib istifadəyə verilmişdir.

Cəsarətlə deyə bilərik ki, Azərbaycan bu gün həqiqətən Cənubi Qafqazın ən güclü dövlətidir. Onu da əlavə edək ki, sadalanmasına zaman lazım olan digər uğurlarınız da yalnız Sizin düşünülmüş və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur,

Hörmətli, cənab Prezident,

Düşüncələrimizə görə ən böyük uğurumuz, sərvətimiz isə əsası unudulmaz Heydər Əliyev tərəfindən qoyulan və tərəfinizdən qorunub saxlanılan ictimai-siyasi sabitliyimiz və əmin-arxayın yaşamağımızdır.

Hörmətli, İlham müəllim,

Sizin prezidentliyiniz dövründə həyata keçirdiyiniz, dəyəri milyardlarla ölçülən işlərinizdən sutkalarla danışmaq mümkündür və bu işlərin iqtisadi səmərəsini hesablamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər. Əldə edilən uğurlarımızı hətta tarixi düşmənimiz ermənilər də etiraf etmək məcburiyyətindədir.

Hörmətli, cənab Prezident,

Hər bir şairin, yazıçının, bəsətəkarın və ya heykəltaraşın ən gözəl əsərlərindən biri müəllifinin şah əsəri adlanır.

Siz ölkə başçısı olaraq yüzlərlə uğurlara imza atmısınız. Lakin 44 gün ərzində Qarabağı çox az itgilərlə erməni faşistlərindən azad etməyiniz sözün əsl mənasında Sizin şah əsərinizdir.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və Sizi daha da şöhrətləndirən bu zəfəriniz sübut etdi ki, Siz uzaqgörən sərkərdə, savadlı diplomat, aparat rəhbəri və müdrik siyasətçisiniz. Bu gün Sizi əvəz edən lider yoxdur. Düşüncələrimizə görə heç qarşıdakı on illiklərdə də heç olmayacaq.

Hörmətli, cənab Prezident,

El ağsaqqalı, ağbirçəyi olaraq ər-arvad ömrümüzün qürub çağlarını yaşayırıq. Heç kimdən asılacağımız yoxdur. Quru canımızı bizi xalq edən Allah Taalaya borcluyuq.

Amma ədalət naminə Sizin uğurlu kadr siyasətinizə nəzər yetirəndə bəlli olur ki, Sizin ikinci şah əsəriniz istər gündəlik fəaliyyətində, istərsə də keçirdiyi əməliyyatlarda Sizə aramsız sədaqət nümunələri göstərən, sağlam düşüncəli, sağlam əqidəli, işini dərindən bilən məmləkətimizi rüşvətxorlardan, talançılardan qətiyyətlə təmizləyən Əli Nağıyevdir.

Hörmətli, möhtərəm Prezidentimiz,

İzn verin, tanınmış iş adamı, yüzlərlə kiçik sahibkara qan udduran, hiylə yolu ilə insanları aldadaraq malını, pulunu ələ keçirib mənimsəyən, o cümlədən bizim də 220 000 (iki yüz iyirmi min) dollarımızı alıb verməyən Kəbirə Məmmədovanın çirkin əməlləri ilə əlaqədar cənab Əli Nağıyevə Müraciət edək:

Hörmətli, DTX sədri Əli Nağıyev,

Sizi səmimiyyətimizə inandırmaq istəyirik ki, biz bu günlərimizə qədər heç bir ali hakimiyyət və ya hüquq mühafizə orqanına şikayət yazıb göndərməmişik.

Lakin tanınmış iş adamı Kəbirə Məmmədovanın başımıza gətirdiyi müsibətlər bizi üsyankar etmiş, əlimizə qələm alaraq Sizlərə müraciət etməyimizi qaçılmaz etmişdir.

Biz onunla müddətsiz müqavilə imzalayaraq özümüzə xoş güzəran qurub yaratmaq üçün Moskvada yaşayan oğlumun göndərdiyi 220 000 (iki yüz iyirmi min) Amerika dolları verib onun rəhbəri olduğu Binə Ticarət Mərkəzində 5 mağaza almışdıq. Lakin mağazaların yerinə baxış keçirdikdə gördük ki, Kəbirə Məmmədova bizi aldadıb söz verdiyi ərazidən yox, ildə bir dəfə insan ayağı dəyməyən ərazidən təmirsiz, üstəgəl müqavilədə göstərilən kvadraturadan da qat-qat az olan mağazalar verib.

Biz onunla yenidən görüşmək məcburiyyətində qaldıq. İmzalanan müqavilələrə xitam verilməsini və pulumuzun qaytarılmasını tələb etdik. Kəbirə Məmmədova nə pulumuzu qaytardı, nə də müqavilələri ləğv etdi. Həmin vaxtdan bu günə qədər süründürməçiliyə düşmüşük.

Hər dəfə gedib onunla görüşüb pulumuzu istəyirik, bizimlə kobud davranır, bizi kişi söyüşləri ilə təhqir edir, ölümlə, həbslə hədələyir.

Bizə təəccüb təsiri bəxş edən budur ki, görəsən yüzlərlə çirkin, qanuna zidd əməlləri bəlli olan, rəhbəri olduğu ticarət mərkəzində hər gün, hər saat kiçik mülkiyyətçiləri təhqir edən, hüquqlarını tapdayan Kəbirə Məmmədovanı müdafiə edən, onun toxunulmazlığına status verən kimdir?

Hörmətli, DTX sədri Əli Nağıyev,

Bizim xalq adından danışmağa səlahiyyətimiz yoxdur. Lakin, cəsarətlə demək istəyirik ki, ölkəmizi talançılardan, quldurlardan təmizləməyiniz xalqımızı məmnun edir, Sizə ucalıq, şöhrət gətirir.

Yeri gəlmişkən onu da qeyd etmək lap yerinə düşər ki, həbs edilən rüşvətxorların ən təhlükəlisi Kəbirə Məmmədovadır, lakin hələlik azadlıqdadır.

Neçə illərdir kimin və ya hansısa orqanın mənafeyinə xidmət edən bu qadın hələ də “mənəm mənəm” deyir, özünü çox ərköyün, arxayın aparır, barəsində yazılan şikayətlərlə bağlı dəvət olunduğu heç bir orqana getmir, bir çox hallarda nümayəndəsini göndərir.

Aldadıb pulunu aldığı və vermədiyi insanları ən nalayiq kişi söyüşləri ilə təhqir edir, həbslə, ölümlə hədələyir.

Dediklərimizin hamısı həqiqətdir və gözləniləndir. Çünki, Kəbirə Məmmədovanın səviyyəsi budur, neynəmək olar, onun əzəli “kamaz” sürücüsü olub.

Hörmətli, DTX sədri Əli Nağıyev,

Biz bu günlər çox acınacaqlı, yoxsul, rəzil və ən kədərli günlərimizi yaşayırıq. Xəcalətimizdən mağazaları almaq üçün Moskvadan pul göndərən oğlumuzun üzünə baxa bilmirik.

Hörmətli, DTX sədri Əli Nağıyev,

Sizdən savayı heç bir ümidimiz, pənahımız yoxdur.

Allah xatirinə, mövcud qanunlar naminə müraciətimizi xüsusi nəzarətə götürməyinizi və bizə köməklik etməyinizi səmimi qəlbdən xahiş edirik və ümidvarıq ki, ədalət şər üzərində zəfər çalacaq.

Qoy Ulu Yaradanımız Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin, dünyanı doyunca, mənalı, məzmunlu, sağlam yaşayın! 

Səmimi hörmətlə:

Nəsib və Suqra Daşdəmirovlar

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayəti ilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.

0.023872137069702