Fuad Cəbrayılovun Abşerondan Suraxanıya başçı müavini kimi müəmmalı transferinin gizlinləri

Fuad Cəbrayılovun Abşerondan Suraxanıya başçı müavini kimi müəmmalı transferinin gizlinləri
 

Özünü bahalı obyektlər və mülklər sahibi, ən böyük torpaq mülkiyyətçisi kimi tanıdan başçı müavini, "don juanlıq" da edib və gizli eşq macəraları yaşayıb


Zakir Fərəcovun "əvəzolunmaz kadrını" Əziz Əzizova bağlayan səbəblər, gizli transferin arxasında duran gizli planlar və...

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi və "xeyir-duasıyla", qalmaqallı kadr siyasətinə görə gündəmdən düşməyən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, vaxtilə Abşeronda önəmli vəzifə postları tutan, Rayon İcra Hakimiyyətində başçı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini belə ələ keçirməyi bacaran, bu önəmli vəzifəyə təyinat aldıqdan sonra, rayonda ən böyük biznes şəbəkəsinə malik məmur kimi ad çıxaran, ayrı-ayrı bölgələrdə, eləcə də xarici ölkələrdə sayı-hesabı bilinməyən və mətbuatda, sosial şəbəkələrdə adları daha çox hallandırılan, geniş qınaq və müzakirələr obyektinə çevrilən olduqca bahalı irili-xırdalı obyektlər və mülklər sahibinə çevrilən, hətta bu yerlərin ən böyük torpaq mülkiyyətçisi hesab olunan, rayonun sözü keçən rəhbər şəxslərindən biri kimi, öz yaxınlarını iyrənc üsullarla yüksək məsuliyyət tələb edən vəzifələrə təyin etdirən Fuad Cəbrayılovu özünə müavin aparması xəbəri, son vaxtların ictimai qınağa daha çox tuş gələn xəbərləri sırasındadır.

Ən əsası ona görə ki, Abşeron camaatı Fuad Cəbrayılovun bu önəmli məmur postunda ağına-bozuna baxmadan törətdiyi saysız-hesabsız bəd əməllərindən hədsiz giley-güzarlıdırlar. Elə, abşeronlular tərəfindən Fuad Cəbrayılovun adına çıxılan neqativ hallar, araz.az -ın ötən bir-neçə yazısındakı mövzuların da ana xəttini təşkil edib.

WhatsApp Image 2021 04 03 at 00.18.33

Ölkə mediasının və etibarlı mənbələrimizin məlumatları, üstəlik, apardığımız jurnalist araşdırmaları zamanı ortaya çıxardığımız ciddi faktlar bir daha təsdiq edir ki, Fuad Cəbrayılov, doğrudan da, bu rayonda ən böyük biznes şəbəkəsinə malik məmur kimi ad çıxarıb. Baxmayaraq ki, o, həmin biznes sahələrini, eləcə də obyekt və mülklərini öz adına deyil, daha çox öz yaxınlarının, qohum-əqrəbalarının adlarına sənədləşdirib.

Bütün bunlar, bu yöndən apardığımız araşdırmalarımız zamanı üzə çıxardığımız inkarolunmaz faktlarda, eləcə də uzun müddət rayonda baş verən qanunsuzluqlar barəsində mediada əksini tapan kifayət qədər qanqaraldıcı məlumatlarda öz təsdiqini tapıb. Elə, onun adına deyilən obyekt və mülklərin, o cümlədən, vəzifəli doğma və yaxınlarının əlimizdə olan siyahılarına baxanda da, dəhşətə gəlirsən. Ötən yazılarımızda onu da qeyd etmişdik ki, bütün törətdikləri azmış kimi, o, rayonda “tikinti biznesinin ağası" hesab olunan, iradəsindən kənar daşı daş üstə qoymağın mümkün olmadığı deyilən Babək Alıyevlə də bərabər işləyib.

Di gəl ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu yaxınlarda keçirilən məhkəmə iclasında, rayonda əsas söz sahiblərindən biri hesab olunan Babək Alıyev törətdiyi qanunsuz əməllərə görə, elə, məhkəmə zalındaca qandallansa da, Fuad Cəbrayılov hələ də azadlıqdadır. Özü də, yenə, yüksək səlahiyyətli bir vəzifə kürsüsündə! Ölkədəki bu həssas məqamda onun birdən-birə nədən Suraxanıya başçı müavini aparılmasına, eləcə də bu mühüm posta təyinatının indiyədək nə səbəbdən gizli saxlanılmasına toxunmağımız isə, böyük oxucu marağına səbəb olub. Ortadakı bu xüsusi maraq, həm də ondan irəli gəlib ki, həmin yazılarımızda, Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcovun "sağ əli" və "əvəzolunmaz kadrı" kimi, uzun zaman gündəmdən düşməyən Fuad Cəbrayılovu, Suraxanı rayonunun icra başçısı Əziz Əzizova nələrin bağlamasına da, xüsusi bir yöndən toxunulub.

Üstəlik, Abşeron Rayon İcra Hakimiyyətinin binasında hüquq-mühafizə orqanların tərəfindən aparılan səs-küylü məlum "memarlıq işi" əməliyyatının əsas motivləri də, həmin yazılarda yer alıb. Qeyd edilib ki, keçirilən bu əməliyyat zamanı rayon icra başçısı müavinlərinın hamısı saxlanılıb.

Xüsusi olaraq o da vurğulanıb ki, vaxtilə, adı "MTN işi"ndə və bir çox rüşvət qalmaqallarında hallanan, tutduğu vəzifələrdə törətdiyi qanunsuzluqlara görə, dəfələrlə, həbs təhlükəsi ilə üz-üzə qalan, lakin arxasında duranların köməyi ilə, bu təhlükələrdən canını qurtaran başçı müavini Fuad Cəbrayılov da onların arasında olub. Di gəl ki, həmin arxa-dayaqlarından biri olan Zakir Fərəcov özünün "sağ əlini", bu dəfə də, bu təhlükəli həbsdən qurtara bilib.

WhatsApp Image 2021 04 03 at 00.18.55

araz.az -a daxil olan digər ciddi iddia və ittihamlara görə, Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlı olan Fuad Cəbrayılovun, 2016-cı ildən bir qrup iş adamı ilə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında davam edən və getdikcə daha da şiddətlənən məlum milyonluq borc qalmaqalında da adı keçib. Bir daha xatırladırıq ki, bu qalmaqal Sumqayıtdakı Dənizkənarı Bulvarın tikintisi ətrafında yaranıb və bu günədək həllini tapmayıb.

Baş verənlərdən dolayı, rəsmi qurumlara edilən şikayət xarakterli müraciətlərə məhəl qoymayan icra başçısının əsas arqumenti isə, pulun ödənilməsini iddia etməsidir. Bir neçə sahibkar tərəfindən həyata keçirilən və smeta dəyəri 12,8 milyon manat təşkil edən bu prosesin detallarından məlum olur ki, Dənizkənarı Bulvarın tikintisində, ümumilikdə, onlarla şirkətin 600 nəfərə yaxın fəhləsi işləyib.

Bütün işləri görmək üçünsə, onların hesabına vur-tut 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib. Zakir Fərəcov bu puldan əlavə, 1 milyon 50 min manat da fəhlələrə ödəyib. İş adamlarının dediklərindən məlum olur ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulların qalan hissəsini "otkat" yolu ilə özünə və ətrafında olan yaxınlarına götürüb. Elə, Fuad Cəbrayılov da, Sumqayıt şəhər icra başçısının müavinləri Gündüz Əliyevlə və Adil Xudadatovla bərabər, həmin "otkat puldan" faydalananlardan olub. Bunun hesabına, onlar da özlərinə, məhz həmin Bulvarda və digər ərazilərdə şəxsi obyektlər -- restoran, tennis kortu və s. inşa etdiriblər.

Onu da demək istəyirik ki, media üzərindən apardığımız araşdırmalar, eləcə də narazı yerli əhalinin araz.az-ın əməkdaşlarına dedikləri bir daha təsdiq edir ki, Fuad Cəbrayılov tutduğu heç bir vəzifəyə layiq kadr olmayıb. Bu adam vəzifə fəaliyyətini xalqın deyil, öz xeyrinə yönəldib həmişə. Bir sözlə, işi-gücü saxta yollarla özünə bahalı obyekt və mülklər ələ keçirməkdən, doğma və yaxınlarını iyrənc üsullarla yüksək çinli məmur postlarına yerləşdirməkdən ibarət olub.

Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan etsə də, adını çəkdiyimiz bu məmur isə, heç vaxt qanuna məhəl qoymayıb və elə, bizneslə məşğul olmaqdan da çəkinməyib. Bu isə o deməkdir ki, dövlətin pulu ilə özünə sərvət toplayan bu şəxs məmur yox, dövlətin düşmənidir və narazı rayon sakinləri onun da cəzalandırmasını gözləyirlər. Çünki antikorrupsiya tədbirləri çərçivəsində ölkədə ciddi islahatların aparılması, bu istiqamətdə bir neçə rayonun icra başçısı, eləcə də daha yüksək ranqlı məmurlar barəsində həbs qətimkan tədbirlərinin seçilməsi camaata inam və ümid verir.

WhatsApp Image 2021 04 03 at 00.20.28

Ən dəhşətlisi odur ki, Fuad Cəbrayılov bu vəzifə kürsüsündə olarkən, gizli eşq macəraları da yaşayıb. “Don juanlıq" edən bu vəzifə sahibi, tanış olduğu gözəl qadınlarla sevgi münasibətlərini heç vaxt korlamayıb. Bir sözlə, məzəli söhbətləri və zarafatları ilə ələ aldığı gözəl qadınlarla çox rahat dil tapa, ünsiyyət qura bilib.

Bəzi məsələlərdə dil tapa bilmədiyi gözəl qadınları yola gətirmək üçün, qanunsuz yollara və iyrənc üsullara əl atmaqdan, hətta onların adına bahalı torpaq sahələri və obyektlər sənədləşdirməkdən belə çəkinməyib. Yay fəslində yüksək xərcli səyahətlərə getməyi və dincəlməyi çox sevən, qadınları yaraşığı ilə cəlb edən bu kreslo sahibinin işdə məhəbbət macəraları sadaladıqca bitib-tükənməyəndir.

Gizli sevgi macəraları yaşayan başçı müavininin gözəl qadınlarla görüşlərinin məxfi olmasına baxmayaraq, əvvəlcə iş yoldaşları, daha sonra rayon ictimaiyyəti Fuad Cəbrayılovun məmur postunda bu yöndən belə heç də dinc durmadığından xəbər tutublar. Bütün bunlar barədə, daha ətraflı növbəti yazımızda. İndi isə, bir daha onu bildirmək istəyirik ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu posta təyinat aldıqdan sonra, dəfələrlə qalmaqallı kadr siyasətinə görə gündəmə gəlib. Hələ ilk günlər öz bacısı oğlu Murad Əsgər oğlu Ağayevi özünə köməkçi təyin etməsini media uzun müddət diqqətində saxlayıb.

İndi isə, icra başçısının gizli müavin təyinatı diqqətdən yayınmır. Çünki bu gün Azərbaycanda dövlət səviyyəsində məmur özbaşınalığına qarşı böyük mübarizə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır. Hamı bilir ki, öz vəzifə səlahiyyətlərini aşan hər bir məmur ölkə başçısı tərəfindən cəzalandırılıb. Son vaxtlar isə, məmur özbaşınalığı ilə mübarizə daha intensiv hal alıb. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına yönəlib.

Baş verənlərdən belə nəticə çıxarmaq olur ki, ölkədəki həbslər dalğası artıq bütün mafioz kadrları ağuşuna alsa da, Fuad Cəbrayılovu məsuliyyətə cəlb etmək elə də asan məsələ deyil. Xülasə, sonda bir daha qeyd etməyi vacib bildik ki, paytax Bakının iki addımlığında yerləşən, əhalisinin sayına və ərazisinin ölçüsünə görə, ölkənin ən böyük inzibati ərazi vahidlərindən biri olan, lakin gözdən, könüldən uzaq region təsiri bağışlayan və sosial-iqtisadi problemlər girdabında boğulan Abşeronun adı, rəhbər kadrları sarıdan da, heç vaxt bəxti gətirən rayonlar sırasında çəkilməyib. Rayonda qanunların rəhbər kadrlarının əlində olan hegemon bir qrupun maraqlarına tabe edilməsi, bunun başlıca səbəbidir. Rayonda bütün sahələri tamamilə ələ keçirən bu qruplaşma həmişə rüşvəti, korrupsiyanı, maxinasiyanı, saxtakarlığı... özünün əsas iş prinsipinə çevirib. Bu isə, yerli əhali arasında çoxdan yaranan kütləvi narazılıqların gündən-günə daha da artmasına səbəb olub. Bu neqativ halların bir günahkarı da, Fuad Cəbrayılovdur və törətdiyi qanunsuzluqlar bağışlanmazdır.

İndi, artıq, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini postunda oturmasına baxmayaraq, Fuad Cəbrayılov bu günün özündə belə, Zakir Fərəcovun diqtəsi ilə oturub-durur. Çünki törətdiyi əksər maxinasiya əməllərinin dəstəkçisi bu arxa-dayağı olduğundan, onun hər sözünə can-başla əməl edir.

Üstəlik, bu önəmli vəzifəyə artıq neçə vaxtdır təyinat olduğunu hələ də gizli saxlatdıran, konkret desək, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında belə, başçının müavini postunun ad-soyad yerini boş göstərməyə ciddi tapşırıqlarını verən Əziz Əzizov isə, onun da, hər səmtdən pul çəkməyi bacaran belə bir əlaltısının olmasından olduqca rahatlıq tapıb.

Artıq, bu icra başçısının da, hər səmtdən pul çəkmək üzrə "ixtisaslaşmış bu əvəzolunmaz kadrla" gizli planlarının olduğu barədə, elə, İcra Hakimiyyətinin özündəki inandığımız etibarlı mənbədən əlimizə ciddi faktlar düşüb. Bütün bunlar barədə, növbəti yazılarımızda. Bizi izləyin...

Müəllif Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

0.022845983505249