"AZAL" kimindir, Cahangir Əsəgərovun, yoxsa Azərbaycan dövlətinin?!.. EKSPERT rəyi
Xalq hələ də başa düşmür ki, Cahangir Əsgərovun şəxsi müəssisə kimi işlətdiyi "AZAL" ASC inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərdiyinə görə, Azərbaycan vətəndaşı təyyarə biletinə ərtaf ölkə vətəndaşlarından nə üçün bir neçə dəfə çox pul ödəməlidir?!”.
Bunu "AZAL" ASC-nin çox baha qiymətə satdığı biletin qiymətini araşdıran ekspert belə şərh edir:
“Eksperiment üçün tasədüfü tarixlər seçdim. 5 apreldə İstanbula, 8-də isə geriyə olan bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm! Müqaisə üçün baxdım ki, eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir. Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet satırsa, bəs necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya alır?!..
Cahangir Ədgərovun ailə üzvlərinin Moskvada, Londonda, Türkiyədə, Gürcüstanda və dünyanın bir çox ölkəsində olan milyonluq biznesləri barədə gedən yazılar sosial şəbəkələri bəzəyir, amma " AZAL" ASC dövlətdən dotasiya alır və ziyanla işləyir?!..
Sosial şəbəkəni bəzəyən çoxsaylı faktlardan nəzər yetirək. Gürcüstanın Batumi şəhərində yeni beşulduzlu "Qrand Qloriya" oteli açılıb. Bu barədə Acariya hökumətinin məlumatında deyilir. Otelin rəsmi açılışı 2018-ci ilin iyun ayıda olub. Acariya hökumətinin başçısı Zurab Pataradze və Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə oteldə vəziyyətlə tanış olublar.
Layihənin investisiya dəyəri 31 milyon dollar təşkil edir.
Açılış zamanı oteldə 100 nəfər işə düzəlib. Batumi mətbuatının məlumatına görə, yeni mehmanxananın tikintisinə 2012-ci ildə başlanılıb, ancaq məlum olmayan səbəbdən sonra dayandırılıb.
On il öncə, 2011-ci ilin iyununda 1 hektaradək torpaq sahəsi simvolik olaraq 1 lariyə "AZAL" aviaşirkətinin prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya verilib. "Qloriya" şirkətinin 50,8 % payı Zırifə Həmzəyevaya, qalanı isə onun qızları Cəmilə və Məlahət Əsgərovlara məxsusdu!!!
Bu, ailənin yalnız bir əmlakının qiymətidir!!! (Turan)