Kəbirə Məmmədova Nəsib və Suğra Daşdəmirovları intihar həddinə çatdırıb: Prezidentə müraciət

Kəbirə Məmmədova Nəsib və Suğra Daşdəmirovları intihar həddinə çatdırıb: Prezidentə müraciət
 

Metostaz verən xərçəng, kəsilib atılmalıdır!

 

Kəbirə Məmmədova tərəfindən aldadılan və külli miqdarda pulları mənimsənilən ağsaqqal Nəsib Daşdəmirov və el ağbirçəyi Suğra Daşdəmirova (ər-arvad) 5-ci dəfə ölkə başçısına, nazir Vilayət Eyvazova şikayət ünvanladılar və intihar anonsu verdilər. 

Şikayət məktubun bir nüsxəsidə saytımızın redaksiyasına göndərilib. Zərər çəkən Nəsib və Suğra Daşdəmirovların şikayətində deyilir: 

Hörmətli, cənab Prezident,

Hörmətli, Vilayət müəllim,

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan vətəndaşı olaraq hüquqlarımızın pozulması beşinci dəfə dəyərli vaxtınızı alaraq Sizlərə müraciət etməyimizi qaçınılmaz etdi.

Bizləri intihar həddinə çatdıran müsibətin qısa təfərrüatı barədə bir daha məlumat vermək istəyirik:

Xatırlatmaq lazım gəlir ki, əzəli “Kamaz” sürücüsü olan, hazırda “Binə” Ticarət Mərkəzinə rəhbərlik edən, cəzasızlıq mühitindən yararlanaraq yüzlərlə kiçik sahibkara qan udduran çoxsaylı insanların malını, pulunu mənimsəyən Kəbirə Məmmədova tərəfindən aldadılaraq hiylə yolu ilə bizim də külli miqdarda pulumuzu ələ keçirməsi və qaytarmaması barədə beşinci müraciəti yazıb göndəririk.

Hörmətli, cənab Prezident,

Hörmətli, Vilayət müəllim,

Qeyd etmək lazım gəlir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanladığımız şikayətlərin heç birinə cavab verilmir. Müraciətlərimiz baş idarənin rəsmi əməkdaşı Ələkbər Cəfərovun icraatındadır. Ötən üç ay ərzində Ələkbər Cəfərov etibarnamə üzrə səlahiyyətli nümayəndəmiz, oğlumuz Namizəd Daşdəmirovu bir dəfə qəbul etmiş, onunla söhbət etmiş, birlikdə Kəbirə Məmmədova ilə görüşməli olduqlarını bildirərək tələbimizin təmin ediləcəyinə söz vermişdir.

Əldə etdiyimiz dəqiq məlumatlara görə Ələkbər Cəfərov bizim iştirakımız olmadan Kəbirə Məmmədova ilə görüşmüş, onunla dil taparaq öz mənafeyi naminə razılıq əldə etmişlər. Şikayətçi olaraq dəfələrlə Ələkbər Cəfərova zəng etmişik, mesajıar göndərmişik cavab verməyib. Baş idarəyə gedib onunla görüşmək istəmişik qəbul etməyib. Biz baş verən bu ədalətsizliyə ciddi etiraz edərək baş idarənin rəisi cənab Əbülfət Rzayevə rəsmi qaydada işi Ələkbər Cəfərovdan alıb başqa əməkdaşın icraatına yönəldilməsini xahiş etmişik, məqsəd nədirsə yenə də tələbimiz təmin edilməyib.

Hörmətli, cənab Prezident,

Hörmətli, Vilayət müəllim,

Görünən budur ki, tanınmış dələduz Kəbirə Məmmədova istənilən hüquq mühafizə orqanında müdafiə olunur.Yazıçı Anarın obrazlı ifadəsi ilə desək avtogen açmayan qapıları pul ilə açır və bilərəkdən ölkədə sosial gərginlik yaradır.

Bir vaxtlar onun Ramiz Mehdiyevin himayəsində olduğu bildirilirdi. Ramiz Mehdiyevin erası artıq bitib. Bəs görəsən Kəbirə indi kimin çətiri altına sığınıb?

Hörmətli, cənab Prezident,

Hörmətli, Vilayət müəllim,

Nə qədər ki, nadan rüşvətxorluq, məmur özbaşınalığı mövcuddur düzəlməyəcək, bundan da acınacaqlı vəziyyət yaranacaq. Bir ölkədə Kəbirə Məmmədova kimi fırıldaqçının öhdəsindən gələ bilmirlərsə “Bandotdel” kimi nüfuzlu bir orqanda Ələkbər Cəfərov kimi birisi ağsaqqalın, ağbirçəyin taleyini həll edirsə, xalqın əsəblərini iynələyirsə biz belə ölkənin nəyindən küsək!

Ər-arvad olaraq bizi intihar həddinə çatdıran da bax bu ədalətsizlikdir.

Bir zamanlar nə polis var idi, nə də prokuror, nə də məhkəmə uzaqgörən müdrik ağsaqqallar, ağbirçəklər mübahisəli, münaqişəli məsələləri, qarşıdurmaları həll edir, şölələnən alovun üstünə su səpir, barışdırır, sülh yaradırdılar, hər iki tərəf də razı qalırdı.

İndi isə hüquq mühafizə orqanlarında dələduzlar müdafiə olunur, onların çirkin əməlləri ört-basdır edilir, namuslu insanlar isə haqsız təqiblərə, zorakılığa məruz qalır, günahsızlara günahkar damğası vurub ləkələyirlər.

Hörmətli, cənab Prezident,

Hörmətli, Vilayət müəllim,

Biz ağsaqqal, ağbirçək olaraq ömrümüzün qürub çağlarını yaşayırıq. Birmənalı olaraq bildiririk ki, beşinci müraciətimizə də reaksiya verilməsə bütün məsuliyyəti və cavabdehliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəhbərliyinin üzərinə qoymaqla həyata əlvida deyib intihar edəcəyik!

Onsuz da bu quru canımızı Allah Taalaya borcluyuq! Bu mütləq olacaq, artıq təngə gəlmişik!

Hörmətlə: Nəsib və Suqra Daşdəmirovlar ailəsi

P.S. Aldatdığı və təhqirlərə məruz qoyulduqlarını bildirən ər-arvad Nəsib Daşdəmirov və Suğra Daşdəmirovanın şikayəti ilə bağlı tanınmış iş adamı Kəbirə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi tanınmış iş adamı Kəbirə Məmmədovanında münasibətin ictimailəşdirməyə hazırıq.

0.033919095993042