Hər məktəb direktorunun arxasında yekə bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?

Hər məktəb direktorunun arxasında yekə bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
 

Rəsmi  statistika deyir ki,  Azərbaycanda  ümumtəhsil məktəblərində müəllimlərin 73 faizi, orta ixtisas məktəblərində 74 faizi  qadındır. Məntiqlə xanım məktəb direktorlarının  faizi də təxminən belə olar.  
Axı,  20-25 il əvvəl məktəbdəki kişi müəllimlərin, məktəb direktorlarının sayı daha çox idi. 
Nə baş verdi ?
Görəsən təhsilimizin kişiləri hara getdi ? 
Bunun iqtisadi səbəbləri var, yoxsa düşünülmüş  siyasətdir ? 
Ekspertlər  məktəblərdə kişilərin sayının kəskin azalmasını, obrazlı desək təhsilin “qadınlaşmasını” ciddi problem hesab edirlər. Və deyirlər ki, yeniyetmə oğlanlar sanki “kişilik məktəbi” keçmir, “qadınsayaq”  gənc oğlanlar böyüyür və s. 
Nə isə, istənilən halda 73 faiz ürəkaçan məsələ deyil. 
Bu məsələyə  nə üçün toxdunduq “
Əlbəttə, qadınlarımız bizim üçün böyük dəyərdir, deyirik, cənnət anaların ayağı altındadır, qızlarımız ismət rəmzidir və s. Amma millətin gələcəyi olan təhsili az qala tam “qadınlaşdırmaq”  yaxşı nəsə vəd etmir. 
Bir daha təkrar edirik ki, Hüseyn Cavid demişkən, “Sürüklənən bəşəriyyət qadınla  yüksələcək”. Və məşhur misal var: “Hər uğurlu kişinin arxasında güclü bir qadın var”. 
Görəsən məktəblərimizin çoxunda rəhbər olan qadın məktəb direktorlarının arxasında kim(lər) var ? 
Bəli, problem budur. 
Bəzilərinin xoşuna gəlməsə də deyəcəyik. 
Xeyli sayda qadın məktəb direktorlarının arxasında  məmurlar dayanır. Çünki məkəb direktoru olmaq əməlli-başlı biznesdir. 
Neçə illərdir,     fond pulu, süpürgə pulu, təmir pulu, müəllimlərin maaşından hər ay 15-20 manat tutmaq, məktəbdə şagird hazırlaşdıran müəllimlərlə 50-50-yə  razılaşmaq, məktəbə ayrılan pulları mənmsəmək, məktəbin bufetində satılan ərzaq, yeməklər, hazırlığa gedən uşaqların aylıq pulu və s, və i. 
Bu çox gəlirli  biznes sahəsidir.  Və kişi məmurlar qadınları məktəbə direktor təyin etdirməklə  böyük biznesə şərik olurlar. 
Yəni məktəbin qadın direktoru artıq böyük kollektivi, yüzlərlə, minlərlə şagirdi olan sahənin “xozeyini” olur. Və özünü əsl “xozeyin” kimi aparır. Yəni, təhsil, tərbiyə  keçir arxa plana. Axı, direktorun özünün də məmur “xozeyni” var. Problem budur. 
Yəni loru dildə desək  hər xozeyin məktəb direktorunun dalında iri, yekə  bir məmur dayanıb. 
İndi hamı soruşur ki, təhsil naziri Emin Əmrullayev niyə məktəb direktorunu işdən çıxarda bilmədi ? Gücü ancaq direktor müavininə çatdı və s. 
Yəqin bəlli oldu ki, söhbət  2 gün öncə  Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində direktor müavininin şagirdi döyməsindən gedir. 
Təhsil Nazirliyi  bildirilib ki, qeyd olunan məsələ araşdırılıb, nazirin müvafiq əmri ilə 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini işdən azad olunub, direktoruna isə töhmət verilib. Sadəcə, töhmət. 
Bütün sosial şəbəkə  soruşur ki, niyə direktora yüngül, lap yüngül cəza verilib ? 
Axı, yuxarıda qeyd etdiyimiz kimi təhsil sistemi  rüşvətin və korrupsiyanın içərisnidə boğulur. 
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ən yaxın adamı olan  Emin Əmrullayev islahat-filan etmək barədə düşünmür. O da köhnə sistemin başında köhnə qaydalarla işləyir, yoxsa tenderləri öz yaxınlarına niyə verirdi ?
Məktəblərə işə qəbulun qiymətləri günbəgün artır. Bunlar olmasaydı Emin Əmrullayev Qubanın Nügədi kəndində möhtəşəm villanı hansı pulla tikdirirdi. Hələ başqa mülklərini, əmlakını demirik. 
Yəni Emin Əmrullayevin də arxasında Əli Həsənov kimi öz “xozeyin” ləri dayanır. Və gənc təhsil nazirimizdən islahat-filan gözləmək boş xülyadır.
Növbəti yazımızda Təhsil naziri  Emin Əmrullayevin Qubadakı möhtəşəm villası barədə geniş bəhs edəcəyik.

Mənbə:gundelik-baku.com

0.014618158340454