Hindistanda yanğın nəticəsində yeddi nəfər ölüb

 

Hindistanın Kəlküttə şəhərindəki ofis binasındakı yanğın zamanı ən az yeddi nəfər vəfat edib.

NDTV telekanalının məlumatına görə, hadisə ofis mərkəzinin 13-cü mərtəbəsindəki partlayış nəticəsində baş verib.

Ölənlər arasında dörd yanğınsöndürən, polis və binada olan dəmiryolu əməkdaşı da var. Onlardan beşinin cəsədi liftdə aşkar olunub. Ölənlərin tüstüdən boğularaq vəfat etdiyi güman edilir.

Yanğın nəticəsində bir neçə nəfərin itkin düşdüyü qeyd olunur.

Hadisə qurbanlarının sayının artacağı istisna deyil.

0.37664294242859