Benksi Britaniya səhiyyəsinə yardım məqsədilə öz əsərini satacaq

 

Tanınmış küçə rəssamı Benksi Britaniya Milli Səhiyyə Xidmətinə yardım məqsədilə öz əsərini satışa çıxaracaq.

BBC xəbər verir ki, rəssam əsərin satışından 3.5 milyon avro toplamağı planlaşdırır.

Məlumata görə, rəssam birinci COVID-19 dalğası zamanı Southemptonun mərkəzi xəstəxanasında çəkdiyi qrafitini satışa çıxarmağı düşünür. Hərracda rəsmin orijinalı satılacaq, onun nüsxəsi isə xəstəxanada qalacaq. Rəsmin ölçüsü 1x1 metrdir.

Qeyd edək ki, sözügedən rəsm əsəri xəstəxananın rəhbərliyi ilə əməkdaşlıq şəraitində yaradılıb və təcili yardım bölməsində yerləşdirilib.

Qraffitinin “Christie's” hərrac evi vasitəsilə satılacağı bildirilir.

0.38386297225952