Maştağada 40 yaşlı piyadanı avtomobil vurdu

 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində 1981-ci il təvəllüdlü Nəsirov Elşən Əfləddin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona təpə nahiyəsinin əziyi diaqnozu qoyulub.

0.39570212364197