Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

 

Türkiyədə son 24 saat ərzində 139 429 koronavirus testi yoxlanılıb və 13 215 nəfərin cavabı pozitiv çıxıb.

“Haber Global”ın məlumatına görə, sutka ərzində 64 nəfər koronavirusdan vəfat edib. 8106 nəfər isə sağalaraq gündəlik həyat tərzinə qayıdıb. Bununla da, ölkədə indiyədək sağalanların sayı 2 632 030 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında müalicə alan COVID-19 xəstələrinin 1239-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.

0.34548902511597