Külək eroziyası

Hava kütlələri yerin kiçik hissəciklərini şişirməyə onları böyük məsafələrə daşımağa qadirdir. Güclü küləyin əsməsi ilə torpaq əhəmiyyətli dərəcədə dağıla bilər bu da bitkilərin zəifləməsinə, daha sonra isə ümumiyyətlə məhvinə səbəb olur. Külək fırtınası yeni əkilən əkin sahələrinin üzərində baş verərsə, bu sahələr toz qatına bürünərək məhv olar. Məlumdur ki, külək eroziyası həm torpağın məhsuldarlığına ciddi təsir göstərir, çünki torpağın üst qatı əkinə yararsız hala düşür.

Külək eroziyasının izlərini nəinki Yerdə, eləcə qalaktikamızın digər planetlərində müşahidə edilir. Belə ki, kosmik tədqiqatlar zamanı Mars, Yupiter digər planetlərdə, eləcə Yerin peyki olan Ay planetində çəkilən şəkillərdə külək eroziyasının yaratdığı eol relyefi (küləyin təsiri nəticəsində qum, gil çöküntülərin yaratdığı relyef formasıdır)  aydın sezilir. Yer səthində daha çox belə relyef formalarına səhralarda rast gəlinir. Amma unutmayaq ki, Yer səthində formalaşan ucsuz-bucaqsız səhralar, Yer kürəsi ilə birlikdə yaranmayıb. Düzdür, bir sıra ekoloqlar iddia edir ki, Yer kürəsi ilk yaradılışdan səhra daşlıqlardan ibarət olub. Lakin əksər alimlər hesab edir ki, Yer kürəsi torpaqla birlikdə yaradılıb. Sonrakı mərhələdə isə bəzi ərazilərdə Yerin bitki bitən münbit üst qatı aşınaraq səhralara çevrilib. Hazırda ekologiya elmi ikinci mühakimə üzərində dayanır alimlərin böyük əksəriyyəti ona inanır. İkinci mühakimənin inandırıcı görünməsi həm məntiqi baxımdan əsaslıdır. Ona görə ki, əsrlərdir Yer üzündə münbit torpaqların səhralaşması prosesi gedir, birinci mühakiməyə inansaydıq, məntiqlə bunun əksi olardı - səhraların münbit torpaqlara çevrilməsi, onların kiçilməsi prosesi daha sürətlə irəliləyərdi. Halbuki, dünya ekoloqları ildən ilə daha geniş miqyaslı SOS siqnalı verir ki, münbit torpaqların səhralaşması prosesi sürətlənir. Bu prosesi stimullaşdıran amillərdən ən əsası isə külək eroziyasıdır.

Əvvəlki yazılarımızda biz əsasən ətraf mühitin antropogen (insan fəaliyyəti) amillərin təsirinə məruz qalmasından söhbət açırdıq. Bu gün isə ətraf mühitin tarazlığının pozulmasında, onun əsas elementlərindən biri olan torpağa iqlimin təsirlərindən danışacağıq. Torpaq landşaftına təsir edən qeyri-antropogen amillərin ən əsası küləklərdir. Hansı ərazinin iqliminə davamlı əsən küləklər xarakterikdirsə, həmin regionda mütləq səhra yarımsəhra strukturlu torpaqlara rast gəlinir. Məsələn, ölkəmizin paytaxtı Bakı şəhərinin yerləşdiyi Abşeron yarmadasının küləkli region olduğu hamıya bəllidir. Hətta, "Bakı" sözünün mənası bir çox toponimlərdə "küləklər şəhəri" mənasını verən "badikübə" sözündən yarandığı qeyd edilir. Abşeron yarmadasında xarakterik olan şimal (xəzri) cənub (gilavar) küləklərinin hər biri öz hərəkət vektoruna uyğun yamaclarda düzənliklərdə eol relyefləri yaradıb. Bu relyeflərin izini dəniz sahillərindəki çimərliklərin ətrafında, təpəlik yaylaların yamaclarında Umbakı səhra, qayalıqlar düzənlikləri timsalında görə bilərik. Bu relyefin izlənilməsi özü insanlar üçün xəbərdarlıq siqnalı sayıla bilər. Eol relyefinin yaranması onu deməyə əsas verir ki, ərazidə külək eroziyası prosesi gedir. Bu proses isə torpaqların səhralaşmasına aparan yoldur.

Alimlərin dünyanın ən böyük səhralarından olan Atakamada apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, minilliklər əvvəl bu səhra ərazisi sıx meşəliklər qalın bitki ortüyünə malik olub. Amma iqlim dəyişiklikləri nəticəsində musson yağışlar ardı-arası kəsilməyən küləklər nəticəsində yer səthinin bitki bitən münbit üst qatı sovrularaq yoxa çıxıb ərazi səhralaşıb. Tədqiqat qrupunun çap etdirdiyi nəticəni oxuduqca göz önündə Abşeron yarmadası canlanır. Sadəcə, bu regionda musson (uzunmüddətli) yağışlar çatışmır. Bəlkə elə bu səbəbdən Abşeron yarmadasında səhralaşma sürətlə getmir, proses durğunluğa yaxın vəziyyətdədir. Hazırda Abşeron iqtisadi rayonunda qumluqlar - səhra xarakterli ərazilər 300 min hektar sahəni əhatə edir ki, bunun da 3,5 min hektar hissəsini tam səhralaşmış hissə adlandırmaq olar. Çünki sözügedən ərazidə torpaq qum örtüyü ilə əvəzlənib, ərazi heç bir bitki örtüyünə malik deyil. Son 150 ilə yaxın dövrdə Abşeron yarmadasında Xəzər dənizində karbohirogen ehtiyatlarının tapılması geniş şəkildə istismar edilməsi bir tərəfdən torpaqların bir hissəsinin dəniz suyunun çirklənməsinə səbəb olubsa, digər tərəfdən əldə edilən maliyyə imkanları, nüfuzlu dünya şirkətlərinin bu regiona ayaq açması, yarmadanın səhralaşmanın cəngindən xilas edilməsinə yardımçı olub. On doqquzuncu əsrin əvvəllərində, çar Rusiyası Azərbaycanı istila etdiyi dövrlərdə Abşeron yarmadası seyrək bitki örtüyünə malik, ərazisində kölgələnmək üçün bir ağacın belə bitmədiyi, cəhənnəmi xatırladan bir məkan olub. Hətta, Abşeron yarmadasını görən çar Aleksandır öz təəccübünü gizlətməyib ki, insanlar burada necə yaşayır? O, bu səfərindən sonra Abşeronu "katorqa"  üçün münasib yer kimi seçir. Məşhur rus yazıçısı Maksim Qorki öz xatirələrində Abşeronu bir cəhənnəm kimi təsvir edir.

Yuxarıda qeyd etdiyimiz kimi, regionda karbohidrogen bumunun yaşanması Abşeron yarmadasını səhralaşmaqdan qismən xilas edə bilib. Belə ki, neft hasilatının gətirdiyi milyonlardan yarmadanın yaşıllaşdırılması, ərazidə ağacların hündürmərtəbəli binaların inşa edilməsi, yarmadada cövlan edən xəzri gilavarı cilovladı. Bakı şəhərində formalaşan milyonçular buraya təşrif buyuran transmilli korporasiyalar yarmadanın inkişafına öz töhfəsini verdilər. Şəhərin genişləndiyi ərazilərdə demək olar ki, səhralaşmaya son qoyulub, torpaqlar həm dövlət proqramı çərçivəsində, həm vətəndaşların özəl şirkətlərin təşəbbüsü sayəsində münbitləşdirilib, meşə zolaqları, bağlar parklar salınıb ki, bütün bunlar səhralaşmanın - külək eroziasının qarşısını alan müstəsna tədbirlərdir. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhərinin abadlaşdırılması istiqamətində işlərə Nobel qardaşlarının Bakıyda neft hasilatına başladıqdan sonra verilib. Nobellər zadəgan həyat yaşayan milyonçular olduğundan özləri üçün Bakıda Avropadakı kimi şərait qurmağı hədəflədilər. Bu, həm , yerli milonçular hökumət üçün bir nümunə oldu. Həmin dövrdən Bakıda kütləvi şəkildə ağac əkilməsinə başlanıldı. Həm sovetlər dönəmində, həm , müstəqillik dövründə davam etdirildi.

Torpağın aşınmasının qarşısını almaq yerin münbit qatını qorumaq üçün müəyyən qoruyucu işlər aparılmalıdır. Bunun üçün ilk növbədə əkin dövriyyəsi aparılır, yəni əkin növlərinin əkilməsi hər il dəyişdirilir: bir il dənli bitkilər, növbəti il çoxillik otlar yetişdirirlər. Həm , hava kütlələri üçün təbii bir maneə yaradan məhsulu qoruyan güclü küləklərə qarşı ağac zolaqları salınır. Bundan əlavə, torpağı qorumaq üçün  qarğıdalı, günəbaxan kimi yüksək saplı bitkilər yetişdirilə bilər. Torpağın nəmini artırmaq lazımdır ki, nəm yığılsın bitki köklərini qorusun, torpağı möhkəmləndirsin.

Bakı şəhərinin yerləşdiyi Abşeron yarmadasının yuxarıda göstərilən faktlar nəticəsində külək eroziyasında xilas olduğunu demək mümkündür. Çünki bu iqtisadi rayonda proses davam edir - həm hökumət tərəfindən geniş meşə zolaqları salınır, dekorativ kol çəmənlik bitkiləri əkilir, həm , ərazidə məskunlaşma genişləndiyindən vətəndaş təşəbbüsləri ilə yaşıllaşdırma işləri aparılır. Məsələn, Masazır Nubar qəsəbələrində bir yaşayış evi tikilirsə, onun qarşısındakı bir neçə kvadratmetrlik ərazidə bir ağac, bir neçə gül kölu s. kimi bitkilər əkilir ki, bu da ərazinin yaşıllaşmasına öz töhfəsini verir. Ancaq ölkəmizin ərazisində külək eroziyasına məruz qalan sahələr yalnız Abşeron yarmadası deyil. Hazırda Şirvan Muğan düzlərində, Kür-Araz ovalıqlarında da külək eroziyasına uğrayan torpaqlarımız var. Həmin torpaqların xarakterik xüsusiyyəti ondan ibarətdir ki, orada məskunlaşma Abşeron yarmadasındakı kimi sıx deyil. Həmin ərazilərdə torpaqlar əsasən örüş kənd təsərrüfatı təyinatlıdır. Ona görə Abşeron yarmadasından fərqli olaraq digər ərazilərdə külək eroziyası sürətlə artmaqdadır. Yuxarıda qeyd edilən aran zonalarında külək eroziyalarının qarşısını almaq üçün əkin sahələrinin külək tutan hissələrindən meşə zolaqlarının salınması mühüm əhəmiyyət kəsb edir. Çünki əkin sahələrini əhatə edən sıx meşə zolaqları həm külək axınına mane olaraq, onun torpağı sovurmasına imkan vermir, həm , meşə zolağı torpaqda nəmliyini uzun müddət qorunub saxlanmasına yardımçı olur ki, bu da külək eroziyasının qarşısını alan amillərdən biridir.

Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı sahələrdə torpağın nəmliyini daha çox qoruyan bitkilərin əkilməsi növbəliliyinə diqqət yetirilməli, torpaqların mütəmadi aqrotexniki normalar çərçivəsində suvarılmasını təmin etmək gərəkdir. Torpaqların normadan az suvarılması nəmliyin azalmasına külək eroziyasının inkişafına münbit şərait yaradırsa, tez-tez suvarma da qrunt sularının səviyyəsinin qalxmasına nəticədə torpağın zərərli duzlarla aşınmasına gətirib çıxarır. Ona görə torpaq-su balansı fəslə əkilən bitkinin tələbatına müvafiq, aqrotexniki qaydalara uyğun şəkildə tənzimlənməlidir.

Qaldı ki, örüş ərazilərində külək eroziyasına qarşı mübarizəyə, belə ərazilərin qorunması üçün örüşlərin aşırı otarılmasının qarşısı alınmalıdır ki, bitki örtüyü torpaq üzərindən yoxa çıxmasın. Bunun üçün ənənəvi şəkildə heyvan bəsləyən fermerlərimiz təsərrüfatlarının bir qismini qapalı rejimdə bəsləməlidir ki, örüş əraziləri həddən çox yüklənməsin. Həddən çox yüklənmə bir neçə ildən sonra örüş ərazilərində ot örtüyünün sıradan çıxmasına səbəb ola bilər. Bu fermerlər, ətraf mühit tarazlığı üçün arzuolunan deyil.

 Paralelin
Araşdırma Qrupu

 

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

0.34053492546082