ABŞ G20 dövlətlərini vaksin ala bilməyən ölkələrə yardım etməyə çağırdı

 

ABŞ-ın maliyyə naziri Canet Yellen G20 - “Böyük iyirmilik” dövlətlərini yoxsul ölkələrə koronavirusa qarşı peyvəndin əldə olunması işində yardım etməyə çağırıb.

TASS xəbər verir ki, nazirin sözlərinə görə, dünya əhalisinin xeyli hissəsinin vaksinasiyadan kənarda qalması COVID-19-a qarşı qlobal mübarizənin effektini aşağı sala bilər.

ABŞ rəsmisi qeyd edib ki, kasıb ölkələrə dəstək pandemiya səbəbindən hazırda dünya iqtisadiyyatında mövcud olan problemləri də bir qədər azaldacaq.

C.Yellen bu məqsədlə Beynəlxalq Valyuta Fondu kimi maliyyə qurumlarının imkanlarından istifadə etməyi məsləhət görüb.

0.48317003250122